Rusiya prezidenti Dmitri Medvedev parlament seçkiləri zamanı saxtakarlıqlara yol verildiyinə ittihamlarla bağlı araşdırma aparılmasına çağırıb. Prezident seçki sisteminin mükəmməl olmadığını desə də, səsvermənin yaxşı təşkilatlandırıldığını və nəticələrin göstəricilərə əsaslandığını bildirib.
Eyni zamanda Rusiyanın baş naziri Vladimir Putin Vaşinqtonu müxalifətə dəstək verməkdə ittiham edib. Putin deyib ki, ABŞ dövlət katibi Hillari Klintonun bəyanatları onun opponentlərinə işarədir. Klinton Ruisyanın parlament seçkilərinin azad və ədalətli keçmədiyini və onun nəticələrinin ciddi narahatlıqlara səbəb olduğunu bildirib.
Rusiyada müxalifət liderləri seçkilərin nəticələrinə etiraz olaraq aksiyalar keçirir.
Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbaçov seçkilərin nəticələrinin ləğvinə və təkrar səsverməyə səsləyib.