“Xüsusi Mühacir Vizası” - İraq və Əfqanıstandan olan tərcüməçilər üçün həyat naqili

Your browser doesn’t support HTML5

“Xüsusi Mühacir Vizası” öz vətənlərində ABŞ hökuməti üçün işləmiş və hazırda fiziki təhlükə ilə üzləşən İraq və Əfqanıstandan olan tərcüməçilər üçün həyat naqilidir. Bu vizalar onların Birləşmiş Ştatlara mühacirət etmələrinə və təhlükəsziliklərinə yardım edir. Lakin ABŞ ordusunun Əfqanıstandan çıxması ehtimalı artıdğı bir vaxtda, “Xüsusi Mühacir Vizası” bu il üçün nəzərdə tutulmayıb.

Birləşmiş Ştatların Talibanla mümkün sülh planına yaxınlaşması “Xüsusi Mühacir Vizası” gözləyən təxminən 19 min əfqanı qeyri-müəyyən duruma salıb.

On illərdir fəaliyyət göstərən “Xüsusi Mühacir Vizası” proqramı ABŞ hökuməti üçün işləyən və işlərinin mahiyyətinə görə təhlükələrə məruz qalan əfqanlar üçün nəzərdə tutulurdu.

“Xüsusi Mühacir Vizası” alan əfqan Canis Şinvari Birləşmiş Ştatlarda yerləşən və Əfqanıstandakı ABŞ ordusunda işləyənlərə yardım edən “Heç kim arxada qalmayacaq” adlı qrupda işləyir. O deyir ki, sülh razılığı həmin insanların həyatlarını təhlükə qarşısında qoyur. “Onlar Amerikaya gəlib amerikalıları öldürə bilmir. Ən asan yol Əfqanıstanda ABŞ ordusunu dəstəkləyənləri, tərcüməçiləri öldürməkdir.”

ABŞ ordusu üçün işləyən və “Xüsusi Mühacir Vizası” üçün müraciət edən İraq və Əfqanıstan tərcüməçiləri təhlükə ilə üzləşir. ABŞ ordusunun Əfqanıstandan çıxarılması viza üçün müraciət edənlərin orada ilişib qalması deməkdir. Tərcüməçi Sofian Xan: “Bu insanlar hələ də oradadırlar və təhlükə qarşısındadırlar, bitməmiş müharibənin təhlükələri qarşısında.”

Konqres 2014-cü ildən etibarən Əfqanıstandan 14 min 500 nəfərə, 2018-ci ildə isə 3 min 500 nəfərə “Xüsusi Mühacir Vizası” verildiyini bildirib. Tramp administrasiyası 2019-cu il büdcə qaydası üzündən 4000 nəfərin vizası üçün ayrılmış maliyyə fondunun ləğvindən narazılığını ifadə edib.

2019-cü ildə əlavə “Xüsusi Mühacir Viza"-larının verilməsi indi ABŞ Konqresindən asılıdır.