Viski istehsalında istifadə olunan məhsullardan yanacaq hazırlanır [Video]

Your browser doesn’t support HTML5

Şotlandiyada tədqiqatçılar mühərriklərə heç bir dəyişiklik etmədən viski istehsalında istifadə olunan məhsullardan maşınları işə salmağın sərfəli yolunu tapıblar.

Hər il Şotlandiyanın viski sənayesinə 827 min ton dənəli arpa tumları və 2 milyard litr qıcqırdılmış qatı mayeni tullamaq Şotlandiyanın viski sənayesinə 400 min dollara başa gəlir.

Martin Tanqni

Edinburqda fəaliyyət göstərən Celtic Renewables köhnə fermentasiya (qıcqırtma) üsulundan istifadə edərək bu mayeni yanacağa çevirməyə qərar verib.

Bu yaxınlarda keçirilən nümayişdə onlar biobutanol adlı təmiz mayeni adi Ford maşının bakına töküblər.

“Bu tarixi sürüş üçün Forddan istifadə etmək yerində bir qərardır, çünki orijinal Model-T Ford maşını bioyanacaqla işləyirdi. Bizim yaratdığımız fermentasiyanın isə yüz yaşı var”, deyə Celtic Renewables-ın prezidenti Martin Tanqni bildirir.

Biobutanol maşının yanacaq sisteminə heç bir dəyişiklik olunmadan benzin qarışığının 15 faizini təşkil edə bilər. O həmçinin etanoldan daha aşındırıcıdır və dizel və benzinlə yaxşı qarışır.

Viski

“Viski istehsalından çıxan tullantılardan yanacaq düzəltmək imkanları nəhəngdir və bu, ölkənin ən böyük sənayelərindən biri olan viski sənayesinə iqtisadi davamlılıq gətirən böyük sənayeyə çevrilə bilər”, Tanqni deyir.

Şotlandiya hökümətinin maliyyə dəstəyi ilə Celtic Renewables gələn il illik yarım milyon litr biobutanol istehsal edə biləcək zavod açmağı planlaşdırır.

Amma potensial bundan da yüksəkdir, çünki Şotlandyanın viski sənayesi bu istehsalı 100 dəfə artıra biləcək qədər xammal yaradır.