Obama administrasiyasının vəkili bu gün Virciniya ştatının məhkəməsi qarşısında prezidentin səhiyyə islahatları qanununu müdafiə edir. Qanun sağlamlıq sığortası almayanların cərimə ödəməsini nəzərdə tutur. 3 hakimli məhkəmə heyəti 2014-cü ildən etibarən amerikalıların sığorta əldə etməsinə dair qanunu nəzərdən keçirəcək. Prezidentin planı qanuni cətinliklərlə üzləşib. Bəziləri bunu konstitusiyaya zidd adlandırır. İki respublikaçı federal hakim qanunun tamamilə əleyhinə çıxış edir, bir demokrat hakim isə qanunu dəstəkləyir. Bu günki dinləmələr Virciniya ştatının Riçmond şəhərində keçirilir. Ohayo və Corciya ştatlarında da dinləmələrə hazırlıqlar gedir.