ABŞ Dövlət katibinin müavini Vilyam Börns deyib ki, Birləşmiş Ştatlar Misirə öz demokratiya modelini qəbul etdirməyəcək və ölkənin gələcəyini yalnız misirlilər özləri müəyyən edə bilərlər.
ABŞ rəsmisi Misirdə iki həftə bundan əvvəl ordunun prezident Məhəmməd Mursini hakimiyyətdən devirməsindən sonra ölkənin müvəqqəti hökumətinin liderlərilə görüşüb. O, müvəqqəti prezident Ədli Mənsur və müvəqqəti baş nazir Hazem Əl-Bablavi ilə görüşlər keçirib. Danışıqlar zamanı Misirdə keçid prosesi müzakirə edilib.
Müsəlman Qardaşları və başqa misirlilər Mursinin hakimiyyətdən devrilməsinə etiraz bildirməyə davam edir.
Misir ordusu nümayişçilərin hərbiçilərin bazasına daxil olmağa çalışdığı halda, buna ciddi veriləcəyilə bağlı xəbərdarlıq edib.
Vilyam Börns Mursinin hakimiyyətdən devrilməsindən sonra ABŞ-ın Misirə səfər edən ilk yüksək səviyyəli rəsmisidir.
Dövlət Departamenti Börnsun vətəndaş cəmiyyətinin üzvləri və biznes liderləri ilə də görüşlər keçirəcəyini bildirib.
Ultra-mühafizəkar müsəlman Sələfi Nur partiyası Börnsun partiya nümayəndələrilə görüşmək haqda müraciət etdiyi və hazırda müraciətə baxıldığını bildirib.
Dövlət Departamentinin səfərlə bağlı verdiyi açıqlamada Vilyam Börnsün ABŞ-ın Misir xalqına dəstəyi, zorakılıqlara son qoyulmnası və müvəqqəti hökumətin hərtərəfli və demorkatik seçilmiş mülki hakimiyyətə keçidə dair mesajlarını vurğulayacağı bildirilib.
Həm Mursinin tərəfdarları, həm də onun opponentləri Birləşmiş Ştatları bu və ya digər tərəfər dəstək verdiyini deyərək tənqid edib.