ABŞ-Azərbaycan ikitərəfli qurumu demokratiya və insan haqları sahəsində dialoq aparacaq [Video]

Your browser doesn’t support HTML5

ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland bu barədə Bakı səfərinin yekununda bildirib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycanda səfərdə olub. O, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Xanım Nuland səfərinin yekunu olaraq keçirdiyi mətbuat konfransında iki ölkə arasında əlaqələr, demokratiya, insan haqları ilə bağlı aşağıdakı bəyanatı verib:

"Bakıya yenidən gəlməkdən məmnunam. Ötən on gün ABŞ-Azərbaycan ikitərəfli əlaqələri baxımından məhsuldar olub. Dövlət katibi cənab Kerrinin enerji məsələləri üzrə xüsusi elçisi cənab Amos Hokştayn Cənub Qaz Dəhlizi tədbirinə qatılıb. Bundan başqa

Prezident Əliyevlə, xarici işlər naziri cənab Məmmədyarovla çox yaxşı, səmimi bir görüş keçirmişəm.

Minsk qrupunun amerikalı həmsədri, səfir Ceyms Uorlik də bu günlərdə səfər edib. Özümün də səfərimi buraya əlavə edərək qeyd etmək istəyirəm ki, prezident Əliyevlə, xarici işlər naziri cənab Məmmədyarovla çox yaxşı, səmimi bir görüş keçirmişəm. Bunun ardınca vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmüşəm. Görüşlərin hər ikisində biz eyni mesajı, eyni ismarıcı çatdırmışıq. Bu mesaj çox güclü və aydın şəkildə çatdırılıb. Mesaj bundan ibarətdir ki, ABŞ Azərbaycanla 20 ildən artıq

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

müddətdə qurduğu tərəfdaşlığı çox yüksək qiymətləndirir. Biz Azərbaycanı ən güclü, ən demokratik və müstəqil ölkə kimi görmək istəyirik. Biz istəyirik ki, ötən illər ərzində qurduğumuz güclü əlaqələri davam etdirək. Mən özüm, şəxsən 1993-cü ildən Bakıya səfərlər etmişəm. Ölkələrimiz arasında bildiyiniz kimi 3 sahədə əməkdaşlıq mövcuddur. Bunlar təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələridir. Təhlükəsizlik sahəsində,

Bizimlə birlikdə ABŞ Müdafiə Nazirliyindən nümayəndələr gəlib. ABŞ-ın Avropa komandanlığından və bu region üzrə müdafiə nazirinin köməkçiləri gəlmişlər

bildiyiniz kimi biz terrorizmə və zorakı ekstremizmə qarşı mübarizə sahəsində Əfqanıstan və Kosovoda çiyin-çiyinə birgə əməkdaşlıq etmişik. Bizimlə birlikdə ABŞ Müdafiə Nazirliyindən nümayəndələr gəlib. ABŞ-ın Avropa komandanlığından və bu region üzrə müdafiə nazirinin köməkçiləri gəlmişlər. Burada müzakirələr əsnasında biz birgə işimizi, - təlimlər, eyni zamanda Azərbaycanın sülhyaratma qüvvələrinin xüsusi təlimləndirilməsi və gücləndirilməsi barədə müzakirələr aparacağıq.

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland prezident İlham Əliyevlə görüşür

İqtisadi sahəyə gəlincə, qeyd etmək istəyirəm ki, artıq enerji sahəsində gördüyümüz mövcud işlər çox əla, yaxşı vəziyyətdədir. Biz əlavə layihələr həyata keçirməyə çalışırıq. Ölkələrimizin birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. İndi isə Cənub

Biz çox istəyirik ki, Avropa İttifaqı ilə Cənub Qaz Dəhizindən faydalanacaq bütün ölkələrlə sıx təmas və əlaqələndirmə şəklində öz işimizi quraq və həyata keçirək.

Qaz Dəhlizinin gücləndirilməsi istiqamətində birgə çalışırıq. Bu layihə yalnız Azərbaycan üçün deyil, eyni zamanda Avropadakı indiyədək yalnız bir mənbədən asılı olan bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Bu müştərək bir layihədir, bu ABŞ-ın, Avropanın və Azərbaycanın ortaq bir layihəsidir. Biz çox istəyirik ki, Avropa İttifaqı ilə Cənub Qaz Dəhizindən faydalanacaq bütün ölkələrlə sıx təmas və əlaqələndirmə şəklində öz işimizi quraq və həyata keçirək. Biz bu gün iqtisadiyyatın şaxələndirilməsi sahəsində də söhbətlər apardıq. Yəni prezident bu işə çox maraq göstərir və çox istəklidir. Bundan əlavə informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı sahəsində də əməkdaşlığımızın gücləndirilməsi və dərinləşdirilməsi barədə söhbətlər apardıq.

Prezident korrupsiya ilə mübarizəyə çox sadiq olduğunu qeyd etdi. Bildiyiniz kimi korrupsiya demokratiyanın qənimidir.

Prezident korrupsiya ilə mübarizəyə çox sadiq olduğunu qeyd etdi. Bildiyiniz kimi korrupsiya demokratiyanın qənimidir. Bundan başqa korrupsiya halları xarici investisiyarın yatırılmasını əngəlləyir, xarici investorları çəkindirir, ruhdan salır. Biz nəinki bu bölgədə, eyni zamanda Avropada, Baltikyanı bölgədə, ümumiyyətlə dünya miqyasında korrupsiya ilə mübarizə işinə diqqət yetiririk. Biz bu gün razılığa gəldik ki, daha güclü, daha demokratik, daha şəffaf Azərbaycan naminə Azərbaycanın tutduğu yolda öz inkişafını davam etdirdikcə bütün vətəndaşların faydalanması naminə bu sahədə ikitərəfli əməkdaşlığımızı davam etdirək. Əlbəttə, biz Dağlıq Qarabağ mövzusuna da toxunduq. Amma, dünən Minsk qrupunun həmsədrləri bu barədə çox geniş və hərtərəfli müzakirələr aparıb. Eyni zamanda, sözsüz ki, təmas xəttində gərginliyin artması bizi narahat edir. Biz bu mövzuda söhbətlərimizi Ermənistanda da davam etdirəcəyik. Bu məsələdə hər iki ölkə məsuliyyət daşıyır.

Biz razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoq qurmaqla insan haqları, azad media və demokratiya sahəsindəki işimizi daha da gücləndirək.

Biz demokratiya, insan halqarı sahəsində də söhbətlər apardıq. Hökumətlə vətəndaş cəmiyyəti arasında fəal, sıx və güclü təmasların, danışıqların olması gələcək üçün çox vacibdir. ABŞ Azərbaycanın firəvan gələcəyi naminə hökumətlə vətəndaş cəmiyyəti asrasında bu təşəbbüs və dialoqları artıq 20 ildən çoxdur ki, dəstəkləyir. Bundan başqa, biz ötən il ərzində münasibətlərdə baş vermiş narahatedici, təlaş yaradan məqamlara da toxunduq. Biz razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoq qurmaqla insan haqları, azad media və demokratiya sahəsindəki işimizi daha da gücləndirək. Yaradılacaq ABŞ və Azərbaycan ikitərəfli qurumu Azərbaycanın Avropa Şurası Baş katibi Yanqlandla birgə həyata keçirdiyi fəaliyyətlərə paralel olaraq öz fəaliyyətini həyata keçirəcək. Biz öz tərəfimizdən, eyni zamanda baş katib Yanqlandla əlaqələndirmə işi aparacağıq ki, göstərilən paralel səylər bir-birinə dəstək və faydalı olsun.

Nəhayət, sonda xalqlararası, vətəndaşlararası əlaqələrə gəldikdə isə tələbə mübadiləsi haqqında Fulbright, İREX, FLEX proqramları barəsində, gənc azərbaycanlıların ABŞ-da, eyni zamanda gənc amerikalıların bura gəlib sizin mədəniyyətlə və başqa sahələrdə yaxından tanış olması barədə söhbətlər apardıq. Bu da ümumi əlaqələrimnizin önəmli bir tərkib hissəsidir.

Sual: Azərbaycan parlamentində ABŞ-Azərbaycan əlaqələri ilə bağlı keçirilən son dinləmələri nəzərə alaraq iki ölkə arasındakı üç sahədən ikisində işlər qaydasında gedir, əlaqələr normaldır. Amma insan haqları və demokratiya sahəsi narahatedici sahə olaraq qalır. Bu narahatedici məqamlar arasında ABŞ-ın burada rəngli inqilaba dəstək verməsi iddiaları da daxildir.

Cavab: Bəli bizi narahat edən məqamlar var idi. Biz bununla bağlı gərgin bəyanatlar vermişik, söhbətlərimiz olub. İndi lazım olan odur ki, formaya, struktura malik olan dialoq olsun. Məhz bu baxımdan çox məmnunam ki, prezident vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoq qurulmasına razılıq verdi. İnanıram ki, qurulacaq dialoq bəzi məslələrə aydınlıq gətirilməsinə, həllini tapmasına imkan verəcək. Biz bir daha yaradilan bu imkanı, verilən bu razılığı yüksək qiymətləndiririk.

Açıq, səmimi dialoq varsa onda artıq rəngli inqilaba ehtiyac qalmır. Bu cür rəngli inqilablar yalnız o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq olsun, məsafə olsun, gərginlik olsun, onlar arsasında bağlı qapılar olsun və onların bir-birilərinin ehtiyaclarını həll etmək üçün lazımı zəruri şərait olmasın.

Yəni, qurulacaq dialoq vətəndaş cəmiyyəti, azad media, insan haqları sahələrindəki məsələlərlə məşğul olacaq. Qeyd edim ki, dünyada ən güclü ölkələr fəal vətəndaş cəmiyyətinə malik olan, hökumətlə vətəndaş cəmiyyəti arasında açıq və fəal təmasların olduğu ölkələrdir. Hər hansı bir ölkədə hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, səmimi dialoq varsa onda artıq rəngli inqilaba ehtiyac qalmır. Bu cür rəngli inqilablar yalnız o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq olsun, məsafə olsun, gərginlik olsun, onlar arsasında bağlı qapılar olsun və onların bir-birilərinin ehtiyaclarını həll etmək üçün lazımı zəruri şərait olmasın. Ümidvarıq ki, hökumətlə vətəndaş cəmiyyəti arasında güclü dialoq, eyni zamanda ABŞ-la Azərbaycan arasında yaradılacaq təmas və dialoqlar bizim ölkələrin digər iki sahədə olan əlaqələri kimi, bu sahədə də vəziyyəti yaxşılaşdıracaq.

Sual: Təmas xəttində gərginliyin azaldılması üçün ABŞ-ın göstərdiyi səylər barədə şərh verməyinizi xahiş edirik. Sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ABŞ hansı spesifik addımlar ata bilər? ABŞ azərbaycanlı əsirlərin azad edilməsi üçün hansı addımları atır?

Əsirlərə gəldikdə isə biz hesab edirik ki, əsirlər humanitar jest olaraq Azərbaycana qaytarılmalıdır və sabah Yerevanda bu məsələni qaldıracağıq.

Cavab: Ötən altı ay ərizndə təmas xəttindəki gərginlik bizi narahat edib. Biz burada bununla bağlı mesajımızı çatdırdıq və eyni mesajı Ermənistanda da çatdırcağıq. Biz istəyitik ki, zorakılığa son qoyulsun, tərəflər danışıqlar masası arxasına qayıtsın. Ümumi proses Minsk qrupunun dəstəyi ilə həyata keçirilsin. Əsirlərə gəldikdə isə biz hesab edirik ki, əsirlər humanitar jest olaraq Azərbaycana qaytarılmalıdır və sabah Yerevanda bu məsələni qaldıracağıq.