Yenicə azadlığa çıxmış hüquq müdafiəçisi Azərbaycandakı cəzaçəkmə müəssisələrini "konslager" adlandırdı
"Mən hökumət tərəfindən girov götürülmüşdüm və prezidentin verdiyi fərmanı girovluqdan azad etmə qərarı kimi qəbul edirəm". Bu sözləri Amerikanın Səsinə müsahibəsində dekabr ayının 26-ı prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxan keçmiş vicdan məhbusu Vidadi İsgəndərli deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, onun haqqında yalan məlumat yayan Azərbaycan qəzetini məhkəməyə verməyə hazırlaşır: "Azərbaycan qəzetində qeyd ediblər ki, guya mən prezidentə təşəkkür etmişəm. Ancaq belə deyil! Bayram günləri qurtardıqdan sonra qəzeti məhkəməyə verəcəm və məhkəmə yolu ilə sübut edəcəyəm ki, bunlar hamısı boş şeydir. Hamı bilir ki, Vidadi İsgəndərli həbsxanaya şərəf və ləyaqəti ilə girib, şərəf və ləyaqəti ilə də çıxıb!"
Saxlanma şəraiti və eləcə də həbsxanalardakı ümumi vəziyyət barədə danışan Vidadi İsgəndərli deyib ki, ölkədə islah kolonu yoxdur: "Mən həbsxanada olanda buna bir daha
əmin oldum ki, Azərbaycanda həbsxanalarda insanlar danışmaq hüququndan, çörək yemək, su içmək, su əldə etmək hüququndan məhrum edilmiş şəxslərdir. Yəni Azərbaycanda cəzaçəkmə müəssisəsi yoxdur, bunlar "konslager"dir". Vidadi İsgəndərli habelə həbsxanalarda rüşvət hallarından da söhbət açıb.
Hüquq müdafiəçisi deyib ki, bu bəla yalnız Azərbaycanın bəlası deyil. Onun sözlərinə görə, bu gün Azərbaycanda rüşvət beynəlxalq miqyas alıb, yəni Azərbaycanda rüşvətin dövlət siyasətinə basqısı var. "Mən bəşəriyyətdən xahiş edirəm ki, imkan verin, bu millət öz azadlığını qazansın!"-deyə Vidadi İsgəndərli bildirib.
Your browser doesn’t support HTML5
Beynəlxalq basqıya dözə bilməyib, məni buraxdılar.Vidadi İsgəndərli
Hüquq müdafiəçisinin sözlərinə görə, onun haqqında yalan məlumat yayan Azərbaycan qəzetini məhkəməyə verməyə hazırlaşır: "Azərbaycan qəzetində qeyd ediblər ki, guya mən prezidentə təşəkkür etmişəm. Ancaq belə deyil! Bayram günləri qurtardıqdan sonra qəzeti məhkəməyə verəcəm və məhkəmə yolu ilə sübut edəcəyəm ki, bunlar hamısı boş şeydir. Hamı bilir ki, Vidadi İsgəndərli həbsxanaya şərəf və ləyaqəti ilə girib, şərəf və ləyaqəti ilə də çıxıb!"
Saxlanma şəraiti və eləcə də həbsxanalardakı ümumi vəziyyət barədə danışan Vidadi İsgəndərli deyib ki, ölkədə islah kolonu yoxdur: "Mən həbsxanada olanda buna bir daha
Azərbaycanda cəzaçəkmə müəssisəsi yoxdur, hamısı "konslager"dir!Vidadi İsgəndərli