ABŞ şirkəti Azərbaycan Vergilər Nazirliyinə ekspertiza-məsləhət xidməti göstərəcək

McKinsey & Company INC

Azərbaycan Vergilər Nazirliyi ABŞ-ın McKinsey & Company INC şirkətinin Azərbaycan filialı ilə ekspertiza-məsləhət xidmətinin göstərilməsi üçün müqavilə imzalayıb.Bu barədə Azərbaycanın dövlət satınalmaları reyestri məlumat verir.

Tərəflər 30 İyulda müqavilə bağlayıb. Xidmətlərin göstərilməsi üzrə müqavilənin dəyəri 1,5 milyon manatdır.

Bundan əvvəl Dövlət İcbari Tibbi Sığorta Agentliyi həmin şirkəti Azərbaycanda icbari tibbi sığortanın ümumi tətbiqi üzrə məsləhətçi kimi cəlb edib. Bu məqsədlə prezident İlham Əliyev 19 iyul tarixində dövlət büdcəsindən 1,3 milyon manat ayırıb.