Prokurorluq beynəlxalq təşkilatların bəyanatlarını istintaqa təzyiq kimi dəyərləndirir
Baş Prokurorluq beynəlxalq təşkilatların Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi barəsindəki bəyanatlarını Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirir.
Bu barədə Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinə daxil olan bəyanatda deyilir.
“Bu tələbləri Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə, o cümlədən məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndiririk“, deyə sənəddə göstərilir.
Prokurorluq hesab edir ki, A.Məmmədliyə elan edilmiş ittiham bəzi beynəlxalq qurumların iddia etdikləri kimi onun siyası fəaliyyəti ilə bağlı deyil, məhkəmənin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılmış yoxlama nəticəsində Baş Prokurorluğa təqdim edilən yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilib.
Həmçinin prokurorluq bu işin Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qeyd edilən cinayət işi üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacağına əminliyini ifadə edib.

Anar Məmmədli və Bəşir Süleymanlıya qarşı 192.2.2, 213.1 və 308.2-ci, Məmmədova qarşı isə 192.2.2, 213.1, 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittihamlar irəli sürülüb.
Süleymanlı və Məmmədovdan başqa yerə getməmək haqqında iltizam alınıb, Məmmədli isə həbs edilib.