Venezuelada minimum əmək haqqı artırılıb

Venezuela prezidenti Nikolas Maduro bazar günü qeyd olunan 1 May beynəlxalq əmək günü münasibətilə ölkədəki minimum əmək haqqında 30 faizlik artım elan edib.

Maduronun bu açıqlaması Venezuelada yüksək inflyasiya və iqtisadi durğunluğun olduğu bir vaxta təsadüf edir. Yeni dəyişikliklə minimum əmək haqqı rəsmi məzənnəyə əsasən aylıq 1500 dollar təşkil edəcək.

Lakin cari qara bazar məzənnəsi nəzər alınsa əsl aylıq əmək haqqı 1500 dolların çox cüzi bir hissəsini təşkil edəcək, çünki Venezuelada malların qiymətini qara bazar müəyyən edir.

Maduronun həmkarı Boliviyanın solçu prezidenti Evo Morales də bazar günü ölkəsindəki minimum əmək haqqlarını artırıb. Ölkənin özəl sektoru isə bu addımın əleyhinə çıxıb.