Venesuela rəsmiləri bildirir ki, Marakay şəhərindəki sursat anbarında baş verən yanğın və partlayışlar nəticəsində azı 40 adam həlak olub. Rəsmilər anbardan 5 kilometr radiusda yaşayan sakinlərin evakuasiya edildiyini bildirib. Rəsmilər deyirlər ki, əraziyə yaxınlaşmazdan öncə yanğınsöndürənlər alovaların səngiməsini gözləyirlər. Hadisənin səbəbləri aydın deyil.