Venesuelada prezident seçkilərinin tarixi dəyişdirilib

Kommunikasiya naziri Horxe Rodrigez müxalifət partiyaları ilə əldə edilən razılaşmanı imzalayarkən.

Venesuelada aprel ayında keçirilməsi planlaşdırılan prezident seçkiləri bir ay təxirə salaraq, may ayının ikinci yarısına təyin edilib.

İqtidarda olan sosialistlər və müxalifət partiyaları səsvermə ilə bağlı razılaşma imzalayıb. Razılaşma namizədlərin təşviqata daha çox vaxt ayıra bilməsinə və ölkəni tərk etmiş venesuelalılara səs vermək üçün qeydiyyatdan keçməsinə imkan yaradacaq.

Prezident Nikolas Maduro ikinci altı illi prezidentlik müddəti üçün seçkilərdə iştirak etmək niyyətində olduğunu bilirib.

Seçkilər ölkədə baş verən kəskin iqtisadi və siyasi böhran zamanı keçirilir. Çox sayda venesuelalı böhran nəticəsində ölkəni tərk edib.