Maduro yenidən prezident seçilmək niyyətindədir

Venesuelada növbəti prezident seçkiləri 30 aprel tarixində keçiriləcək.

Venesuelanın Milli Assamblayası seçkilərin gözlənildiyi kimi, ilin sonu deyil, məhz bu tarixdə keçirilməsinin lehinə yekdilliklə səs verib.

Çərşənbə axşamı Assambleyada keçirilən səsvermədən az sonra, prezident Nikolas Maduro yürüş zamanı dəstəkçilərinə yenidən prezident seçilmək iddiasında olduğunu və xarici müdaxiləyə qarşı mübarizəyə davam edəcəyini bildirib.

Nikolas Maduro, Venesuela prezidenti: “Belə inqilabçı və dik insanları olan Venesuela sanksiyalara baş əymir. Heç kim Venesuela xalqını sanskiya edə bilməz.”

Venesuelanın vitse-prezidenti deyir ki, Maduronun yenidən prezident seçilməsi Birləşmiş Ştatların tətbiq etdiyi maliyyə sanksiyalarını gülünc vəziyyətə qoyacaq.

Venesuelaya daha çox sanksiyalar tətbiq edilə bilər. 20 faiz popularlığa malik Maduro 2013-cü ilin aprel ayında Uqo Çavezin ölümündən sonra prezident olub.