Venesuela müxalifətinin lideri polislərin mənzilə gəlişini pisləyib

Venesuela müxalifət lideri Xuan Quaydo deyir ki, təhlükəsizlik qüvvələri onun xanımının Karakasdakı mənzilinə gələrək onu hədələməyə cəhd göstəriblər.

Quaydo deyir ki, cəmiyyətdə vahimə yaradan agentliyin əməkdaşları onun xanımı Fabiananı soruşublar.

ABŞ və digər Qərbyönümlü ölkələr Xuan Quaydonu Venesuelanın keçid prezidenti kimi tanıyaraq neft pullarını ona yönəltməyə çalışırlar.

Tvitterdəki mesajnda Quaydo insidentin onun 20 aylıq qızı və nənəsi evdə olarkən baş verdiyini yazıb.

Quaydo deyib ki, onun övladının başına bir iş gəlsə o, Maduro hökumətini cavabdeh tutacaq.

Maduro hökuməti reaksiya verməyib.

Müxbirlərlə söhbətində Quaydo köməyə gələrək qazan və qapaqları bir-birinə vururaraq səs çıxaran qonşulara minnətdarlığını bildirib.

ABŞ və digər Qərbyönümlü ölkələr Xuan Quaydonu Venesuelanın keçid prezidenti kimi tanıyıb.

Xəbərlərə görə qonşuların etirazı ilə üzləşən agentlə ərazini tərk ediblər.

Az sonra Senator Marko Rubio bəyanat verərək “Maduronun agentlərinin” hərəkətini müxalifətə hədə-qorxu gəlmək cəhdi kimi qiymətləndirib.