Ötən həftə minlərlə venesuelalı Karakas və ölkənin digər bölgələrində nümayiş keçirib. Onlar prezident Nikolas Maduronu devirmək üçün referenduma çağırırlar. Nümayişlər həftənin əvvəli fövqəladə hall elan edildikdən sonra baş verən ilk ən böyük nümayiş olub.
Venesuelada mağazalar və apteklərdə rəflər bom-boşdur. İşıqlar kəsildlyi üçün isə alış-veriş məkəzləri daha qısa saatlarda fəaliyyət göstərir.
Milli assambleya siyasi etibarlığını itirib və qısa müddət ərzidə tamamilə yoxa çıxa bilər. Ona qarşı milli maraq itib.Nikolas Maduro
Düşən neft qiymətləri və on illərdir davam edən təsərrüfatsızlıq nəticəsində yaranmış iqtisadı böhran bu həftə prezident Maduronun 60-günlük fövqəladə vəziyyət elan etməsi ilə nəticələnib.
Prezidentin fərmanı ölkənin müxalifəti tərəfindən rədd edilib. Onlar küçələrə axın edərək prezidenti devirəcək referendumun keçirilməsini tələb edib.
“Biz sülh içində demokratiyaya keçid etməyə haqqımızı tələb edirik. Biz bilirik ki, bu rejim insanların haqlarını əlindən almaq üçün hər şeyi edər. Amma onlar bizi dayandıra bilməyəcək. Onlar Venesuela xalqını susdura bilməyəcək,” deyə Venesuela hökümətinin lideri Maria Korina Maçado Amerikanın Səsinə bildirib.
Ötən ay, müxalifət prezidentin vəzifədən uzaqlaşdırılması məqsədilə səsvermənin keçirilməsi üçün tələb olunan dörd milyon imza toplamağa başlayıblar. Amma təhlilçi Kevin Kasas-Zamora xəbərdarlıq edir ki, hökümət bunun qarşısını tamamilə ala bilər.
“Müxalifət lazım olan imzaları toplaya bilər. Amma məsələ ondadır ki, bunların hamısını hökümətin nəzarətində olan idarələr təsdiq etməlidir,” deyə o bildirib.
Çərşənbə günü prezident Maduro müxalifətin nəzarətində olan parlamentin süqutu barədə xəbərdarlıq edib, bundan bir neçə həftə öncə isə parlamentdəki 5 illik müddəti qısaldacaq konstitutsiya düzəlişi etməklə təhdid edib.
“Milli assambleya siyasi etibarlığını itirib və qısa müddət ərzidə tamamilə yoxa çıxa bilər. Ona qarşı milli maraq itib,” deyə cənab Maduro bildirib.
Venesuela lideri həmçinin Birləşmiş Ştatları onu devirmək üçün ölkəyə hərbi müdaxiləsinə haqq qazandırmaq məqsədilə ölkədə zorakılıq səhnəsi yaratmaqda ittiham edib.
Kevin Kasas- Zamora: “Aydındır ki, hazırkı administrasiya hakimiyyətdə qalmağa çalışacaq və hazırkı siyasi baxımdan çətin vəziyyətin sülh yolu ilə həllinə icazə verməyəcək.”
Beynəlxalq Valyuta Fondu təxmin edir ki, onsuz da dünyada ən yüksək səviyyədə olan Venesueladakı inflyasiya səviyyəsi 2016-cı ildə ikiqat artaraq, 720 faizə çata bilər.