Venesuelada böhran dərinləşir

Birləşmiş Millətlər Təşkilatının Ali komissarı bildirir ki, ölkənin siyasi, iqtisadi və insan haqları böhranlarının getdikcə dərinləşdiyinə görə minlərlə insan Venesueladan qaçmaqda davam edir.

Son üç ayda bir çox mənbədən toplanmış müsahibələr və məlumatlara əsaslanan ABŞ hesabatı Venesuelanı təhdid və qorxu şəraitndə disfunksional bir cəmiyyət kimi təsvir edib.

Sərbəst, qərəzsiz, etibarlı, şəffaf və dinc seçkilərə imkan yaradılması üçün zəruri olan ictimai azadlıqlara zəmanət vermək çox vacibdir

Təxminən 4.7 milyon insan ölkədən qaçıb. ABŞ insan hüquqları bürosunun bildirdiyinə görə, dərinləşən böhran nəticəsində 2020-ci ilin sonuna qədər bu rəqəm 6,5 milyona çatacaq.

Hesabatda Venesuela iqtisadiyyatının bu il 25,5 faiz azaldığı və 2013-cü ildən bəri ümumdaxili məhsulun 62,2 faiz nisbətində itkisi olduğu bildirilir. Həmçinin hiperinflyasiyanın ərzaq, dərman və digər əsas malların əlçatmaz etdiyi göstərilir. Hesabatda pul və mühim vəsaitlərin olmaması, uşaqlar və qadınlar arasında ərzaq çatışmazlığının kəskin artmasına səbəb olduğu qeyd edilir.

ABŞ İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ofisə kəşfiyyat xidmətləri və təhlükəsizlik qüvvələri tərəfindən təzyiq, təhdid və həbs şikayətləri gəldiyini söyləyib.

"Mənim ofisim aktları və ictimai azadlıqların məhdudlaşdırılması hallarını sənədləşdirməyə davam edir. 2020 seçki ili olacaq. Sərbəst, qərəzsiz, etibarlı, şəffaf və dinc seçkilərə imkan yaradılması üçün zəruri olan ictimai azadlıqlara zəmanət vermək çox vacibdir" - deyə, o əlavə edib.

İnsan haqları müşahidəçiləri bir neçə istintaq təcridxanasına baş çəkib və siyasi motivlərlə həbsdə olan onlarla insanla görüşüblər. Başele bütün siyasi məhbusların sərbəst buraxılmasına çağıraraq deyib ki, məhkəmədən kənar işgəncə və qətl hadisələri araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

Venesuelanın ABŞ-ın Cenevrədəki səfiri Xorxe Valero Venesuelada humanitar böhranın olmadığını bildirərək hesabatın nəticələrini qəbul etməyib.

"Tamamilə əksinə. ABŞ hökuməti tərəfindən tətbiq olunan birtərəfli mövqeyə baxmayaraq, yaxşı həyat səviyyəsini qoruyuruq" - deyə, Valero bildirib. Bundan başqa o açıqlayıb ki, Donald Tramp hökuməti ölüm, əzab və ağrıya səbəb olan 23 yeni birtərəfli qərar tətbiq edib.

Başele ABŞ-ın son sanksiyalarının Venesuelanın iqtisadiyyatına və bütün səviyyələrdə dövlət xidmətlərinə mənfi təsir göstərməkdə davam etdiyi ilə də razılaşıb.