Tacikistandakı hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb

Birləşmiş Ştatların SITE kəşfiyyat qrupunun bildirdiyinə görə, bazar günü Qərb Velosipedçilərinə edilən ölümcül hücumun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

Avtomobillə edilən hücum zamanı iki amerikalı, bir İsveç və bir Almaniya vətəndaşı olmaqla, dörd velosipedçinin öldüyü, bundan sonra avtomobildəki hücumçuların velosipedçilərə bıçaqla zərbə endirdikləri bildirilib. Bir Fransa vətəndaşı və üç velosipedçinin yaralandığı deyilir.

Tacikistanın Daxili İşlər Nazirliyi polisin hücumçuları təqib edərək, dördünü öldürdüyünü, birini isə həbs etdiyini bildirib. Digər məlumatlarda şübhəlilərdən ikisinin öldürüldüyü deyilib.

Səfirliyin bazar ertəsi açıqladığı bəyanatında Tacikistanda Birləşmiş Ştatlar vətəndaşları üçün təhlükə olmadığı bildirilib.