Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Vəfa Quluzadə vəfat edib.
Yaxınlarının məlumatına görə, onun səhhəti qəflətən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.
1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.
1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb.
1973-cü ildə V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb..
Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.
1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyib. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb.
1999-cu ildə istefa verib. O istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.
Quluzadə istefa verdikdən sonra Xəzər Araşdırmalar Mərkəzini yaradıb və ictimai xadim kimi fəal olub.
Quluzadə bir neçə kitabın, çoxsaylı monoqrafiyaların müəllifidir.
Vəfa Quluzadənin Amerikanın Səsinin arxivində çoxsaylı müsahibələri saxlanır. Onun redaksiyamıza verdiyi son müsahibəni təqdim edirik.
Your browser doesn’t support HTML5