Veb saytı olan pillələr

Your browser doesn’t support HTML5

San Fransisko şəhərində 16-cı küçə ilə Moraqa küçəsinin kəsişməsində yerləşən 163 pilləli pillələr yerli sakinlərin maliyə dəstəyi ilə yenidən qurularaq, sənət əsərinə çevrilib. 2005-ci ildə başa çatan layihə bu məhəlləyə və pillələrə bir çox turisti cəlb edib. Qeyd edək ki, pillələrə məxsus ayrıca veb sayt da fəaliyyət göstərir. 16thavenuetiledsteps.com saytı vasitəsi ilə bura haqqında geniş məlumat əldə edib, məhəllə tədbirlərindən xəbərdar olmaq mümkündür.