Vaşinqtonda şənbə günü Trampa dəstək yürüşləri planlaşdırılıb

Şənbə günü Vaşinqton şəhərində prezident Trampa dəstək məqsədilə nümayişlər planlaşdırılıb. Nümayişçilər onun noyabr seçkisində saxtakarlığn baş verdiyinə dair sübut olunmayan iddialarını dəstəkləyirlər.

Gün ərzində bir neçə yürüş keçiriləcək. Onlara Million MAGA yürüşü, Women for Trump (Trampı Dəstəkləyən Qadınlar) tədbiri və seçki saxtakarlığına dair əssassız iddialar ortaya atan Stop the Steal (Oğurluğu Dayandırın) nümayişi daxildir.

Tramp prezident seçkisində qalib olduğu proqnozlaşdırılan sabiq vitse-prezident Co Baydenə məğlubiyyətini qəbul etməyi rədd edib və bir neçə mühüm ştatda qanunuyğunsuzluqların olduğunu deyib. Ştatların seçki rəsmiləri səsvermənin nəticəsinə təsir göstərəcək hər hansı ciddi qanunauyğunsuzluqların olmadığını bildirib.

Yürüşlər mühafizəkar media şəxsiyyətləri və ağ millətçilər tərəfindən təbliğ olunub. Bu isə anti-faşist və anti-irqçi qruplar tərəfindən əks-nümayişlər keçirmək planlarına səbəb olub.

Proud Boys adlı ultra-sağçı qrup üzvlərinin bəzilərinin nümayişlərdə iştirak edəcəcklərini bildirib. The Washington Post isə xəbər verir ki, konspirasiya nəzəriyyəçisi və Infowars portalının sahibi Aleks Cons Texasdan gələn Stop the Steal karvanına başçılıq edir.

Bundan əlavə ölkə boyu bir neçə başqa böyük şəhərlərdə də Trampa dəstək məqsədilə nümayişlərin keçiriləcəyi gözlənilir.

Tramp cümə günü “Bütün bu böyük dəstəyi, xüsusilə də ölkə boyu başladılan təbii nümayişləri, o cümələdən şənbə günü Vaşinqtonda keçiriləcək böyük yürüşü görmək ürəkaçandır. MƏn hətta oraya gəlib, insanlarla salamlaşa bilərəm” deyə Twitter-də yazıb.

Vaşinqtonda nümayişlərdə neçə nəfərin iştirak edəcəyi bəlli deyil.

Vaşinqton şəhərinin Daxili Təhlükəsizlik və Fövqəladə Hallar İdarəsinin direktoru Kristfer Rodrigez bildirib ki, şəhərdə 12-ə yaxın tədbirin keçiriliəyə nəzərdə tutulub, onların çoxunda isə az sayda insanın iştirak edəcəyi gözlənilir.

Rodrigez tədbirlərdə zorakılığa yol verilməcəyini vurğulayıb.

Milli Park Xidməti cümə günü Women for America First qrupunun 10 min insanın iştirakı ilə bağlı tələbini təsdiq etdiyini bildirib. Onlar qrupun ilk olaraq 50 nəfər üçün müraciət etdiyini lakin daha sonra bu rəqəmi dəyişdirdiyini qeyd edib.