Vaşinqton və Moskva əlaqələrin yaxşılaşdırılmasını istəyir, lakin əsas fikir ayrılıqları qalır

Your browser doesn’t support HTML5

ABŞ dövlət katibi Mayk Pompeo Soçidə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Pompeo bildirib ki, prezident Donald Tramp Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasını istəyir. Lakin Pompeo və Lavrov hər ikisi Vaşinqton və Moskva arasında Venesuela və İran kimi xarici siyasət məsələlərində fikir ayrılıqlarının qalmaqda olduğunu dilə gətirib.