Vaşinqton restoranlarından federal hökumət işçilərinə pulsuz yeməklə dəstək

Your browser doesn’t support HTML5

Yeni il bayramlarından öncə minlərlə federal işçi üçüncü dəfə olaraq hökumətin bağlanması ilə üzləşib. Lakin bəzi restoranlar ilin sonunda qeyri-müəyyənliyə məruz qalan federal hökumət işçilərinə pulsuz yeməklə dəstək nümayiş etdirir.

ABŞ-Meksika sərhədlərində divarın inşası ilə bağlı mübahisələrə görə hökumət dekabrın 22-də gecə yarısı bağlanıb. 800 min federal məmur ya işləmir, işləsə də maaş almır. Vaşinqton biznesləri işçilərə həmrəylik nümayiş etdirir.

"Oyamel" Meksika restoranı Vaşinqtonun Çaynataun məhəlləsində yerləşir. Buraya gələnlər vəsiqlərini göstərməklə pulsuz buterbrodlar alır.

"Biz onlara nəzakətlərinə görə olduqca minnətdarıq. Xüsusilə də nə zaman acılacaq hökumətin bağlandığı bir vaxt. Ləzzətli buterbroddur. Pulsuz olduğu üçün daha ləzzətlidir" - federal işçi Alfred Cozef bildirib.

İspan mənşəli amerikalı Xose Anders "Oyamel"in baş aşpazıdır. Vaşinqton restoranında pulsuz yemək verildiyini tvitterdə məhz o bölüşüb.

"Olduqca əyləncəlidir. Hökumətin bağlanmasının ilk günündən çoxsaylı insan gəlir. Biz onlara Meksikanın klassik buterbrodlarını hazırlayırıq. Ətli, tərəvəzli mayonezli. Bu, ləzətli bir buterbroddur" - deyə, Anders bildirib.

Federal işçilər olmayanlar da restoranlarda dəstəklərini nümayiş etdirir.

"Bu, onun bacarığı və ürəyinin kombinasiyasıdır" , müştəri Mitra Lor deyir.

"Ona və səylərinə dəstək olmaq istədik. Buna görə buraya yeməyə gəldik" , müştəri Fran Miqdal bildirir.

Restoranların pulsuz yemək paylaması ilk hal deyil. Onlar 2013-cü ildə də 16 günlük qapanış dövründə eyni dəstəyi göstərmişdi. Tenlitaundakı fast food restoranı son beş ildə ikinci dəfədir "furlough" yəni məzuniyyət buterbrodları paylayır.

Yalnız vəsiqə təqdim etməklə pulsuz yeməkləri nuş edə bilərsiniz. Lakin Z-burger məkanında heç bir sual verilmir. Buranın sahibi iranlı mühacir Peter Tabibiandır.

"2013-cü ildə biz 40-50 min dəyərində 15 min buterbrod payladıq. Biz hökumət işçilərinə acıyırıq. Bir çox müştərimiz hökumət işçisidir. Yardımlarımızla onların üzünü güldürməyə çalışırıq."

Qismən bağlılıq 2019-a çatıb. Konqres isə yeni il tətilindədir.

Tabibian deyir ki, hökumətin açılışına bir gün qalmış yalnız pulsuz burqerlər deyil, həm də pulsuz kartof və içkilər də paylamağı planlaşdırır.