Vaşinqton rəsmiləri Cherry blossom - albalı çiçəklənməsi festivala gələn ziyarətçilərə xəbərdarlıq edib

Your browser doesn’t support HTML5

Vaşinqton rəsmiləri hər il albalı ağacının çiçəkləndiyi mövsüm ənənəvi Cherry blossom adlanan festivala gələn ziyarətçilərə xəbərdarlıq edib. Koronavirusun yayıldığı bir zaman sosial uzaqlaşmaya riayət etmək getdikcə çətinləşir. Bu, dünyada 1.5 milyarddan çox insanın evlərindən çıxmaması deməkdir.

Vaşinqtonun Tidal Basin hövuzu ətrafında albalı ağaclarının çiçəklənməsini görməyə gələnlərin sayı artdıqca, Milli Park Xidməti ziyarətçiləri bir daha düşünməyə çağırıb.

Bir Twitter mesajında rəsmilər ziyarətə mane olmaq üçün yol hərəkətinə nəzarət tədbirlərinin həyata keçiriləcəyini bildirib.

Bazar günü prezident Tramp coronavirusa istinad edərək, Amerikanın müharibə vəziyyətində olduğunu deyib. "Heç vaxt belə bir şey olmayıb. Bu, amansız bir şeydir. ”

Lakin bu, bəzi ziyarətçiləri qorxutmur. "Bəli, albalı çiçəklərindən koronavirus almırsınız (gülür). Təhlükəsiz qalmalı, qaydalara əməl etməlisən” deyə, Kristin Vernal bildirir.

"Təhlükəsiz məsafəni qoruyuram, buradan çıxmıram, burada suyun kənarında heç bir şeyə toxunmuram" deyir, Romi Filips.

Dünya ölkələrinin hökumətləri vətəndaşlarına evdə qalmağı tövsiyə edir və bəzən insanlar buna fərqli yanaşır. Pam Fontana "Havada olmaq sağlamlıq deməkdir - bədənimizin, ruhumuzun sağlamlığı deməkdir."

O, artan təhlükədən xəbərdar olduğunu, lakin üç oğlu ilə birlikdə bəzi əsas tədbirləri gördüyünü deyir. “Xüsusilə yaşlı insanlar haqqında daha çox məlumatlılıq olmalıdır. Mən istəyirəm mənim uşaqlarım riskli kateqoriyada olan insanlara görə bir qədər distansiya saxlasınlar."

Albalı ağacığının çiçəklənməsi ilə bağlı tədbirlərin əksəriyyəti ləğv edilib və ziyarətçi axınının qarşısını almaq üçün bəzi metro stansiyaları bağlanıb.