Azərbaycan gəncləri Vaşinqtonda dil və mədəniyyət festivalında [Video]

Your browser doesn’t support HTML5

Beynəlxalq Dil və Mədəniyyət Festivalı zəngin fərqli mədəniyyətlər arasında dialoq qurmaq ümidlərinin toxumlarını səpir. Bu sözlərlə proqramın təşkilatçılarından olan Türkiyə Amerika Alyansının rəhbəri Faruk Taban tamaşaçıları salamladı.

Cənab Taban belə bir festivalın artıq 13 ildir keçirildiyini, şagirdlərin istedadını nümayiş etməklə yanaşı, müxtəlif mədəniyyətlərlə zəngin dünyamızı bizlərlə tanışdırdığını vurğuladı.

Beynəlxalq Dil və Mədəniyyət Festivalı 160 ölkədən 1000-dən çox tələbə arasından hər il dünya boyu keçirilən tədbirdə iştirak etmək üçün şagirdlər seçir.

Festivalın 14-cü buraxılışı aprelin 28-də Vaşinqtonda yerləşən Warner teatırında keçirilib. “Dünyanın Gözəl Rəngləri” adlanan tədbirdə 20 ölkədən 100-ə yaxın şagird iştirak edib.

Rumi Formu təşkilatından Jena Leudtke bu kimi tədbirlərin xalqlar arasında dostluq və barışığın artmasında rol oynayacağını deyir.

İfalar ölkələrin mədəniyyətini əks etdirən milli musiqi və rəqslərdən ibarət olub. Çıxış edənlər arasında Azərbaycandan olan Nihad və Ayxan öz ifaları ilə tamaşaçıları riqqətə gətirdilər .