Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında aksiya [Video]

Your browser doesn’t support HTML5

Vaşinqton Ermənistan səfirliyinin qarşısında aksiya

Son hadisələr fonunda aprelin 4-də Vaşinqtondakı Ermənistan səfirliyinin qarşısında bir qrup azərbaycanlı etiraz aksiyası keçirib.

Dağlıq Qarabağdakı təmas xəttində aprelin 1-dən başlayan silahlı qarşıdurmalarda həm Azərbaycan, həm də erməni tərəfinin itkilər verdiyi bildirilir. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupu tərəfləri atəşkəsi bərpa etməyə çağırsa da, cəbhə bölgəsində gərginlik davam edir.

Son hadisələr fonunda aprelin 4-də Vaşinqtondakı Ermənistan səfirliyinin qarşısında bir qrup azərbaycanlı etiraz aksiyası keçirib. Amerikanın Səsinin hadisə yerində olan əməldaşının verdiyi məlumata görə, aksiya zamanı “Ermənistan topraqlarımızı tərk et!” “Ar olsun Ermənistana”, "Qarabağa Ədalət" kimi şüarlar səsləndirilib. 30-a yaxın azərbaycanlının toplaşdığı aksiyada habelə "Xocalı yenidən baş verməsin!", "BMT qətnamələrinə əməl edin!", "İşğalçı Ermənistan etnik təmizləməyə görə məsuliyyət daşıyır" kimi sözlər yazılan plakatlar da qaldırılıb.

Xüsusilə son bir neçə gün ərzində baş verən hərbi toqquşmalar zəminində biz yenə də Ermənistan səfirliyindən tələb edirik ki, öz qoşunlarını Azərbaycan torpaqlarından geri çəksinlər, Azərbaycanın ərazi bütövlüyünə hörmət etsinlər, dinc əhalini atəşə tutmasınlar və eləcə də beynəlxalq qanunlara, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etsinlər
Bədir Məmmədli

Aksiyanın təşkilatçılarından Bədir Məmmədli Amerikanın Səsinə açıqlamasında bildirib ki, piketi keçirməkdə məqsədləri Azərbaycana dəstək bildirməkdir.

"Xüsusilə son bir neçə gün ərzində baş verən hərbi toqquşmalar zəminində biz yenə də Ermənistan səfirliyindən tələb edirik ki, öz qoşunlarını Azərbaycan torpaqlarından geri çəksinlər, Azərbaycanın ərazi bütövlüyünə hörmət etsinlər, dinc əhalini atəşə tutmasınlar və eləcə də beynəlxalq qanunlara, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etsinlər" - deyə Bədir Məmmədli bildirib.

Eyni gündə Vaşinqtonda yaşayan ermənilərin də Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirləcəyi ilə bağlı məlumat yayılsa da, bir neçə saat gözləməyimizi baxmayaraq səfirliyin önündə heç bir aksiya qeydə alınmayıb.

Azərbaycanın ittihamlarına cavab olaraq erməni tərəfi də Azərbaycanı işğalçı kimi təqdim edir. Ermənistan mediası öz növbəsində Azərbaycan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutduğunu bildirir.

Azərbaycanın ittihamlarına cavab olaraq erməni tərəfi də Azərbaycanı işğalçı kimi təqdim edir. Ermənistan mediası öz növbəsində Azərbaycan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrini atəşə tutduğunu bildirir. Azərbaycan Müdafiə Nazirliyi təktərəfli atəşkəs elan etdiyini desə də, erməni tərəfi bu məlumatın informasiya tələsi olduğunu bəyan edib.

Nəzərinizə çatdıraq ki, ABŞ Dövlət Departamenti cəbhə bölgəsindəki son atəşkəs pozuntularını pisləyib. Dövlət Departamentinin bəyanatında tərəflər atəşkəsi bərpa etməyə çağırılıb.