Vaşinqton avtomobil sərgisi - 2015 [Video]

Your browser doesn’t support HTML5

Bu il Vaşinqtonda keçirilən Avto-Sərgidə mühərrikləri qurğu sisteminə görə müqayisə etdikdə, sənayenin hələ də hansı növ mükəmməl güc birləşməsinin axtarışında olduğu görünür.

Klemson Universitetinin maşınqayırma mühəndisliyi üzrə professor Zoran Filipi deyir ki, hər şey göz qabağındadır. İstehsal dəyərini aşağı endirəcək yanacaq iqtisadiyyatında ən yaxşı irəliləyiş göstərən texnologiya galib gələcək.

Zoran Filipi: "Hazırda ən güclü trend kiçik və turboşarj mühərriklərdir. Biz həmçinin daha çox hibrid mühərriklərlə də qarşılaşırıq."

Əgər ömrünüzdə bir dəfə də olsa sönən közü yenidən alovlandırmaq üçün üfləmisənizsə, turboşarjın necə işlədiyini bilirsiz. Bu Volvo Drive-E üç turboşarja malikdir və mühərrikə 450 at gücü yığmağa kömək edir.

Qabaqcıl ideyalar əsasən bahalı avtomobillərdə sınaqdan keçirilir. BMV nin yeni i8 hibrid modelinin iki fərqli güc qaynağı var. Ön təkərlər elektiklə işləyən mühərriklə, arxa təkərlər isə yanacaqla işləyən mühərriklə çalışır. Onları eyni vaxtda və ya ayrı-ayrı işlətmək olur.

Elektrik mühərrikləri üçün bir digər qabaqcıl mənbə hydrogen yanacaq növüdür. Honda 500 kilometr sürətə çatacaq FCV Concept avtomobilini nümayiş etdirib. Şirkət avtomobili gələn il satışa çıxarmağı planlaşdırır.

Zoran Filipi: "Bu bir laboratoriya nümunəsidir və beş il ərzində bu texnologiyanı daha çox avtomobildə görəcəyimə ümid edirəm."

Filipi deyir ki, yeni materiallar həmçinin bu ilki sərginin böyük bir hissəsini təşkil edir.

Zoran Filipi: "Hazırda bizim bazarda iki trendimiz var. Onlardan biri aliminumla poladın qarışığından meydana gəlir. Ford özünün yeni F150 modelini bu materialdan düzəldir."

O, deyir ki, araşdırma və inkişafdakı əsas hədəf qabaqcıl avtomobillərin yüksək həcmdə istehsalı üçün maşınqayırma texnologiyası inkişaf etdirməkdir.

İstehsalçılar özlərinin elektrikə qoşula bilən avtomobillərdə irəliləyişləri vurğulayırlar.

Volksüagen sərgiyə gələnlərin diqqətini Golf modelin elektriklə işləyən versiyası ilə çəkib. eGolf saatda 133 km qədər sürətə çata bilir.

Cənubi Koreyanın KIA Motors şirkətinin elektriklə işləyən ailə avtomobili Soul EV saatda 160 km qət edə bilir.

Vaşinqtonda keçirilən bu ilki Avtomobil Sərgisinin buraxdığı ümumi təəssürat yeni texnologiyanın bahalı avtomobillərdən hər kəsin ala biləcəyi avtomobillərdə də görülməyə başlamasıdır.