İşıq tullantıları sağlamlıq və ətraf mühitə zərərlidir [Video]

Your browser doesn’t support HTML5

Gecə səmasını yaxşı görmək üçün şəhərdən uzaq olmaq lazımdır. Küçə fənərlərindən, binalardan, afişalardan və maşınlardan gələn süni işıqlar ulduzları görməyə mane olur. Vaşinqtonda “qaranlıq gecə” təbliğatçısı və onun həmkarları insanların və planetin sağlamlığı üçün işıqların daha zəif olmasını istəyirlər.

Bu işıqlar atmosferə karbon qazı buraxır. Biz təbii qaz və ya kömür yandırdığımızda səmaya işıq yolladığımız üçün qlobal istiləşməyə səbəb oluruq.

Vaşinqtonun işıqları elə parlaqdır ki, onları kosmosdan görmək olur. Bu həddən artıq parlaq işıq insanların yuxularını pozur, hormonlarına təsir edir və hətta bəzi xərçəng xəstəliklərinə yol açır. Beynəlxalq Qaranlıq Səma Assosiyasının prezidenti Cim Douerti deyir ki, bu cür işıq planet üçün də zərərlidir.

“Bu işıqlar atmosferə karbon qazı buraxır. Biz təbii qaz və ya kömür yandırdığımızda səmaya işıq yolladığımız üçün qlobal istiləşməyə səbəb oluruq.”

Bəs nə qədər işıq həddində artıqdır? Douerti Vaşinqtonun Kapitol Hil məhəlləsindəki işıqları misal gətirir. Orada bir-birinə çox yaxın yerləşən küçə fənərləri hər istiqamətə işıq salır, ona görə də ora çox işıqlıdır. Lakin bu cür işıqlandırma bu cütlüyü narahat etmir.

“Mən özümü təhlükəsiz hiss edirəm və mənə elə gəlir ki, mən ətrafımdakı hər şeyi görə bilirəm. Ona görə də heç kəs burada mənə zərər verə bilməz. Belə işıq məni rahatlaşdırır.”

“Buralar gözəldir. Burada çoxlu insan var. Elə ona görə də, bu işıq kifayət qədərdir. İşıq çox parlaq deyil və 8-ci küçəsində yerləşən restoranlarda şam yeməyi yeyən insanlara romantik ab-hava yaratmaq üçün bu cür işıqlandırma əladır.”

Lakin Douerti düşünür ki, bu işıqlar küçələrdəki təhlükəsizlik üçün lazımı işıqlandırmadan ikiqat artıqdır.

“İşıqların sayını artırmaq ictimai təhlükəsizliyi artırmır, əksinə xərcləri artırır. Enerjini artırmaqla biz onun iqlimə və sağlamlığa təsirini artırırıq. Bu da həddindən artıq işıqlandırmanın klassik nümunəsidir.”

İşıqların sayını artırmaq ictimai təhlükəsizliyi artırmır, əksinə xərcləri artırır. Enerjini artırmaqla biz onun iqlimə və sağlamlığa təsirini artırırıq.

Bunun alternativ variantları da var. Məsələn bu binada ənənəvi işıqlandırma yeni işıqlandırma qurğuları ilə əvəz olunur. Bu qurğular yalnız lazım olan yerləri işıqlandırırlar.

“Binanın fasadı tünd olduğu üçün, evlərə işıq tullantıları daxil olmur. Beləcə onların sağlamlıqları qorunur.”

ABŞ Kapitolisinin ətrafındakı geniş küçələrdə səki fənərləri yoldan keçən insanlara yardım edir. Digər şəhərlərdə israfın qarşısını almaq və ictimai sağlamlığı qorumaq üçün tədbirlər görülür.

“Bəziləri isə elə texnologiya inkişaf etdirirlər ki, hərəkət sensorlu işıqlar yalnız insanlar parka gələndə və ya küçədə maşın sürəndə yanır. Digər vaxtlar isə işıqlar sönük olur və yalnız hərəkət olanda yanır.

Belə cihazlarla idarə olunan işıqlar effektliyini qoruyaraq işıqlandırmanı 90 faiz azalda bilər. Douerti daha çox şəhər və icmaların bu variantdan istifadə edəcəklərinə ümid edir ki, gələcəkdə insanlar gecələr səmaya baxanda ulduzları daha aydın şəkildə görə bilsinlər.