ABŞ paytaxtı Vaşinqtonda Azərbaycan Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən qəbulda Birləşmiş Ştatlar administrasiyasının yüksək səviyyəli rəsmiləri, Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, Azərbaycan, türk, yəhudi icmalarının üzvləri iştirak edib.
Tədbir Amerika Birləşmiş Ştatları və Azərbaycanın milli himnləri ilə açılıb. Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 95 il bundan əvvəl müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin yaradılmasının əhəmiyyətini qeyd edib. O, irqindən, dinindən və cinsindən asılı olmayaraq ayrı-seçklikdən azad olan bir respublika quran Azərbaycan xalqının amerikalılarla birgə istəklər və dəyərləri bölüşdüyünü vurğulaylıb. Səfir Elin Süleymanov müstəqilliyini bərpa etmiş Azərbaycanın ABŞ və başqa ölkələrlə dostluq və güclü tərəfdaşlıq münasibətləri yarada bildiyini və bu münasibətlərdən bəhrələndiyini bildirib.
ABŞ Dövlət katibinin Enerji məsələləri üzrə xüsusi nümayəndəsi və koordinatoru Karlos Paskal, ABŞ konqresmeni Dana Rohrabaker və Konqresdə Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiven Kohen Azərbaycan xalqına Respublika günü münasibətilə təbriklərini çatdırıblar.
Səfir Paskal Azərbaycanın siyasi müstəqilliyi ilə yanaşı, müstəqil dövlətin mövcudluğu üçün başlıca şərtlərdən biri olan iqtisadi müstəqilliyə nail olmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Vaşinqton bələdiyyəsinin nümayəndəsi Patrisiya Elvud Vaşinqton şəhərinin meri Vinsent Qreyin Azərbaycanın Respublika günü münasibətilə təbrikini oxuyaraq, sənədi səfir Elin Süleymanova təqdim edib. Fərmanda 1918-cu il mayın 28-də yaranmış müsləman şərqində ilk parlamentar respublika olan Azərbaycanın Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən tanınması, bu il ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 21 illiyinin tamam olması, Azərbaycan və ABŞ arasında qurulmuş möhkəm əlaqələrin durmadan genişlənməsi, Azərbaycan əsgərlərinin Əfqanıstanda və Kosovoda sülhümühafizə missiyalarında iştirak etməsi ilə ölkənin beynəlxalq təhlükəsizliyə töhfə verməsi kimi faktlar göstərilib.
Konqresmen Dana Rohrabaker Amerikanın Səsinə ABŞ və Azərbaycan arasında qarşılıqlı etibar əsasında münasibətlər qurulduğunu, iki ölkənin dostluq əlaqələrindən bəhrələndiyini deyib. Konqresmen İranda azərbaycanlıarın vəziyyətinə də toxunaraq, etnik azərbaycanlıların öz müqəddaratını müəyyən etmək hüququ olduğunu deyib. “Bu, çox önəmli bir gündür. Ona görə ki əvvəllər sədlər bu və ya digər şəkildə çəkildiyi üçün Azərbaycan soyuq müharibə dövrü süni surətdə Amerikanın düşməni hesab edilirdi. Lakin soyuq müharibə artıq 20 ildən çoxdur başa çatıb və Azərbaycan xalqı Birləşmiş Ştatların yaxşı dostudur. Azərbaycanla əlaqələrimiz var, eyni zamanda İranda yaşayan azərbaycanlılar var. Cənubi Azərbaycan var. Burada da Birləşmiş Ştatlara nifrət edən molla rejimi azərbaycanlıları yenə də bizimlə təbii dostluq münasibətləri əleyhinə bir mövqedə saxlayır. Bu gün biz Azərbaycan və ABŞ xalqları arasında təbii dostluğu təntənə edirik. İranda molla rejiminin tiraniya siyasətini tətbiq etdiyi bir şəraitdə yaşayan bütün xalqlar üçün indi ağır bir vaxtdır. Çünki molla rejimi Qərb, xüsusilə də Birləşmiş Ştatlara müharibə elan edir. Biz əmin olmalıyıq ki, Cənubi Azərbaycanda insanlar bizim molla rejimininin mahiyyətinin nədən ibarət olduğunu, onların fars olmadığını və orada bizə təbii surətdə dost olan adamların olduğunu bildiyimizi başa düşür. Biz bu gün həm Şimali, həm Cənubi Azərbaycana bu mesajı göndərmək istəyirik ki, Birləşmiş Ştatlar sizin təbii müttəfiqinizdir və biz dünyanın bu hissəsində demokratiya və öz müqəddaratını təyinetməni gətirmək üçün birlikdə işləməliyik”-deyə Kaliforniya konqresmeni Dana Rohrabaker Amerikanın Səsinə bildirib.
ABŞ-ın keşmiş konqresmeni Qreq Laflin 20 ildən çox bir müddət ərzində ABŞ və müstəqilliyini bərpa etmiş Azərbaycan arasında qurulmuş dostluq və tərəfdaşlıq münasibətlərinin durmadan inkişaf etdiyini qeyd edib. “Mən o zaman Konqresə gəldiyim zaman adamların çoxu nə Azərbaycanın tarixi, nə də onun gözəl xalqı haqda heç nə bilmirdi. İndi burada toplaşanlara baxanda Konqres üvzvlərini, Obama administirasiyası və hökumətin nümayəndələrini, ABŞ hərbi qüvvələrinin üzvlərini, diplomatik nümayəndəliklərin təmsilçilərini görmək olar. Bu da Azəbaycanın sülh və sabitlik işinə töhfə verdiyinin həqiqi sübutudur. Mən ilk dəfə Azərbaycanda 22 il bundan əvvəl olmuşam. Bundan sonra bir neçə dəfə ora yenə getmişəm. Azərbaycan iqtisadiyyatı, həyat şəraiti, insanların həyatının yaxşılaşmasının şahidi olmuşam. İmkanlar, təhsil imkanları var. Mən Amerikada təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşəm. Onların dünya, həyat haqda təsəvvürləri genişlənir. Azərbaycanın gözəl mədəniyyəti, zəngin tarixi var. Azərbaycanlılar regionda və dünyada sülhə və sabitliyə töhfə verirlər”-deyə keçmiş konqresmen Qreq Laflin Amerikanın Səsinə bildirib.
Azərbaycan Respublikasının 95 illiyi münasibətilə ABŞ-ın bir sıra ştat və şəhərlərində müxtəlif tədbirlər keçirilir. Birləşmiş Ştatların bir neçə ştatı və bələdiyyələri 28 may gününü Azərbaycanın Respublika günü kimi tanınmasına dair rəsmi sənədlər qəbul edilir.

Your browser doesn’t support HTML5