Ekspert: Məhdudiyyət qaldırılsa, dollar yenə bahalaşacaq

Mərkəzi Bank (Kollaj-dollar-manat)

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) 5,9 mlrd manat qısamüddətli not cəlb edib. 2015-ci ildə bu göstərici sıfır idi. Bu fonda bankların kredit portfeli azalır. Bu il martın 1-də bu göstərici 15 mlrd 395,9 mln, aprelin 1-i üçün 342,8 mln manat azalıb.

Daha çox istehlak kreditləri azalıb, ekspert belə hesab edir. Yəni bir tərəfdən insanlar borca girmək istəmir. Digər tərəfdən banklar da kredit verməkdə maraqlı deyil. Bu ilin I rübündə özəl maliyyə strukturlarına verilən kreditlər də azalıb: fevralda onlar 429,4 mln manat, martda 403,3 mln manat alıb.

Müstəqil ekspertlər kreditlərin azalması ilə AMB-nin depozit hərraclarında tələbin artması arasında səbəb-nəticə əlaqəsi olduğunu bildirir. Son hərracda AMB 28 gün müddəti olan 25 mln manat notların 90%-i satıb və onlara 3 investor 21,81 mln manatlıq sifariş verib. Rəqabət sifarişləri üzrə kəsmə qiymət 99 manat, gəlirlilik 15% olub. Bu, əlverişli təklifdən xəbər verir.

Artıq AMB-nin depozitləri və notlar bankların yeganə gəlir mənbəyi olub. Kreditləşmənin kəskin azalması bununla izah edilir. Yanvardan aprelə AMB 260 mln manatlıq emissiya prospekti qeydiyyata alıb.

“Rəqəmlər hər şeyi deyir, statistika pul çatışmazlığı məsələlərini həll edir, çünki vəsaitlər bank sistemində dövr edir”, - iqtisadçı Samir Əliyev Facebookda yazır.

Belə sadə yolla maliyyə axınının tənzimləyicisi milli valyutanın məzənnəsinin düşməkdən saxlamağa çalışır. Ekspertin sözlərinə görə, bununla belə 2016-cı ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu və Mərkəzi Bank hərrac vasitəsilə 2 mlrd 39 mln dollardan çox valyuta satıb. 2017-ci ilin eyni dövründə valyuta bazarına bir qədər çox -2 mlrd 80 mln. dollar daxil olub.

“Ümumilikdə 793,4mln hərrac vasitəsilə satılıb, qalan 2279 mln manat makroiqtisadi stabilliyin dəstəklənməsi üçün Mərkəzi Banka köçürülüb.

Valyuta bazarında sabitliyi qorumağa 1,8 mlrd dollar xərclənib. Bununla yanaşı, pul kütləsinin, idxal və nağd əməliyyatların azaldılması kimi sərt inzibati tədbirlər görülür, bu da manatın məzənnəsini qoruyur”, -S.Əliyev bildirir.

Belə məhdudlaşıdırıcı tədbirlər və valyuta bazarına dollar axını fonunda ABŞ valyutasına tələb azalmır, çünki daxili və xarici öhdəliklər var, deyə ekspert qeyd edir. Onun sözlərinə görə, alternativ olmadığı şəraitdə valyuta bazarının yeganə donoru Neft Fondudur və məhdudiyyət qaldırılsa, dollar yenə bahalanacaq.