Qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinənlər saxlanılıb. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə Əlaqələr Şöbəsinin oktyabrın 25-də yaydığı məlumatda deyilir.
Məlumata görə saxalnılanlar Masallı rayon sakinləri Azər Babayev, Mehman Qafarlı və Nofəl Məmmədovdur.
Saxlanılan şəxslərdən 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əskinasları götürülüb.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.