Son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu, inzibati xarakter daşıyır, deyə iqtisadçı Qubad İbadoğlu hesab edir.
Q. İbadoğlu Facebook səhifəsində yazıb ki, dollara tələbat və onun satışı müntəzəm olaraq artır.
Dövlət Neft Fondunun son açıqlamasına görə, bu ilin iyununda Fond valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub.
O qeyd edib ki, ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb.
"Bu isə o demədkir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir", o qeyd edib.