Vankuverdə xarici işlər nazirlərinin görüşü keçiriləcək [Video]

Your browser doesn’t support HTML5

Vankuverdə xarici işlər nazirlərinin görüşü keçiriləcək

Son günlərdə Şimali və Cənubi Koreya arasında problemlərin danışıqlar yolu ilə həll edilməsinə dair razılaşmadan sonra Pxenyanın nüvə silahı proqramına olunan diplomatik təzyiqlər artmaqdadır.

Vankuverin bu dəfəki gündəmində Simali Koreyaya qarşı beynəlxalq təzyiq kampaniyasının gələcək variantlarını qiymətləndirmək olub.

Nazirliklərin ən əsas məqsədi diplomatik variantları açıq və səmərəli saxlayaraq Kim rejimi üzərində davamlı təzyiq göstərə biləcək praktik mexanizm yaratmaqdır." - deyə, Dövlət Departamentinin siyasət planlaşdırma direktoru Brayn Huk bildirib.

ABŞ isə öz növbəsində Şimali Koreyanın qlobal sanksiyalardan əziyyət çəkdiyini bildirib.

“BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrini nəzərə alındıqda hazırda Şimali Koreyanın 2016-cı ildəki ixracatının 90 faizi qadağan edilib. Bir çox ölkələr Şimali Koreyanın cavabdeh tutulması üçün birtəfərli tədbirlər həyata keçirir." - deyə, cənab Brayn əlavə edib.

Rəsmilər deyirlər ki, Vaşinqton Şimali Koreyada rejim dəyişikliyini təbliğ etmir, amma ABŞ baş verə biləcək hadisələrə hazırlamaq üçün ölkənin nüvə silahlarının etibarlı müdafiəsi ilə bağlı Çinlə danışıqlar aparır.

Təhlilçilər bildirir ki, Çin bu dərəcədə həssas olan məsələni böyük ehtiyatla idarə edə bilir.

"Onlar qorxurdular ki, əgər Birləşmiş Şatlarla danışıqlara başlasalar bu Tramp administirasiyası tərəfindən Şimali Koreyaya hücum etmək üçün yaşıl işıq yandırılması imi yalnış anlaşıla bilər." - deyə, analitik Bonni Qlaser bildirib.

ABŞ rəsmilərinin sözlərinə görə, Çin və Rusiya tərəfi Vankuverdə keçirilən danışıqlarda iştirak etmək üçün dəvət edilməsələr də onlara görüşü barədə ətraflı məlumat veriləcək.