Vaşinqtonda Orta Asiya və Qafqaz-XXI əsrdə Avrasiya qovşaqında adlı tədbir keçirilib

Vaşinqtonda Orta Asiya və Qafqaz-XXI əsrdə Avrasiya qovşaqında adlı tədbir keçirilib

Bu yaxınlarda ABŞ-da “ Orta Asiya və Qafqaz-XXI əsrdə Avrasiya qovşaqında” adlı tədbir keçirilib. Vaşinqtonun tanınmış təhlilçiləri bildiriblər ki, Orta Asiyada iqtisadiyyatın inkişafı prioritet olmalıdır. Brukings intitutunda keçirilən tədbirdə Brukings institundan təhlilçi Verner Herman və İnkişaf etməkdə olan marketlər forumundan təhlilçi Yohannes Linn enerji, regional biznez mühiti, qlobal iqtisadi böhranın regiona təsirləri və yeni siyasi rəqabət kimi mövzuları müzakirə edib. Tədbirdə Dünya Bankının sabiq iqtisadçısı Pradip Mitra və Karneqi fondunun əməkdaşı Marta Brill Olkot iştirak edib. Orta Asiya şərqlə qərb arasında mühüm əhəmiyyət kəsb edən bir bölgədir. Yaxın Şərq və Qərbi Asiya, Avropa və Cənubi Asiya arasında əsas ticari tranzit bölgəsidir. “Orta Asiya və Qafqaz-XXI əsrdə Avrasiyanın qovşağında” adlı kitabın adından götürülən tədbirdə müəllif Yohannes Linn deyib ki, Orta Asiyanın ticarət yolu üzərində yerləşməsi mövcud biznes imkanlarından faydalanmasına yardım edir. Təhliçinin fikrincə, Orta Asiya və Qafqazı Avrasiya qitəsi ilə effektiv şəkildə əlaqələndirmək lazımdır. O, respublikanın öz iqtisadi siyasətinə malik olduğu deyib. Lakin dünya bazarlarına çıxış birlik tələb edir. Regionun ən böyük investorları Rusiya və Çindir. Bu ölkələr regionla yaxşı ticarət əlaqələrinə malik olduqlarını deyirlər. Lakin Orta Asiyanın Qərbə çıxışı mühümdür. Dəmir və hava yollları təmir tələb edir. Şəhərlərarası uçuşlar olmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməli, turizm mərkəzlərinin fəaliyyəti artırılmalı, ticarət şirkətləri üçün zəruri şərait yaradılmalıdır. Karneqi fondunun əməkdaşı Marta Brill Olkot bugünkü real vəziyyətdən danışıb. O deyib ki,Orta Asiyada hər bir ölkə müstəqil fəaliyyət göstərməyə çalışır. Onlar özlərini istisadi, siyasi, mədəniyyət və tarix baxımından region kimi deyil, fərdi və özəl dövlətlər kimi qələmə verir. Hər bir dövlət başçısı özünəməxsus idarəçilik üslubuna malikdir. Xanım Olkot Orta Asiya və Qafqaz respublikalarının regional müttəfiqlər kimi fəaliyyətinin vacibliyini vurğulayıb.