Vaşinqtonda Mətbuat Azadlığı gününə dair konfrans (VİDEO)

Vaşinqtonda Mətbuat Azadlığı gününə dair konfrans (VİDEO)

Mayın 1-dən 3-dək Vaşinqtonda Mətbuat Azadlığını gününə dair konfrans keçirilib. UNESCO və ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilən tədbirlərin əsas hissəsi Beynəlxalq Mətbuat Azadlığı gününə təsadüf edib. Tədbirdə bu il baş verən inqilabların işıqlandılmasında sosial media, mobil telefonlar və internetin rolunun artması kimi məsələlər müzakirə olunub. Bəzi ölkələrdə internetin bağlanması, vətəndaş jurnalizmi, ərəb dünyasında mobil telefonlardan güclü multimedia aləti kimi istifadə edilməsi də konfransın diqqət mərkəzində olub.

Tədbirə dünyada “Donkey bloggers” kimi tanınan Emin Milli və Adnan Hacızadə də Skype proqramı vasitəsilə qatılıb. 3 günlük tədbirlərdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov da iştirak edib. Vaşinqtonda səfərdə olan cənab Hüseynov tədbir barədə Amerikanın səsinə açıqlama verib: