Vaşinqton şəhərində 5.8 bal gücündə zəlzələ

Vaşinqton şəhərində 5.8 bal gücündə zəlzələ

ABŞ Geoloji Araşdırma rəsmiləri deyir ki, avqustun 23-də ölkənin şərq sahillərində Rixter şkalası ilə 5,8 bal gücündə baş verən zəlzələ 1944-cü ildən bəri Amerikanın bu hissəsində qeydə alınan ən böyük yeraltı təkan olub.

Episentri Virciniya ştatında Mineral adlı kiçik bir şəhərdə olan yeraltı təkanın təsiri şimalda Kanadanın Ottova şəhəri hiss edilib və regionda bütün insanların evlərindən və ofislərindən evakuasiya edilməsinə səbəb olub.

Episentrdən 144 kilometr aralıda paytaxt Vaşinqtonda binaların zədələrinin yoxlaması üçün turistlər obyektləri və abidələrin fəaliyyəti dayandırılıb.

Rəsmilər deyir ki, 170 metr hündürlüyündə Vaşinqton abidəsinin uc hissələrində çatlar müşahidə ediləndən sonra abidə bağlanıb. 4 Qotik gümbəzindən biri düşəndən sonra Vaşinqton Kafedralı da fəaliyyətini dayandırıb.

Rəsmilər təkan hiss olunan kimi ABŞ Konqresi, Pentaqon və Amerikanın səsi baş qərargahı da daxil olmaqla bütün federal binalardan insanları evakuasiya edib. Amerikanın səsi müvəqqəti olaraq yayımını dayandırmalı olub. Zəlzələ zamanı ölən və ya ciddi xəsarət alanların olmadığı bildirilir. Rəsmilər zəlzənənin ardınca yeraltı təkanların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.