Vaşinqton Sammiti son razılıqla başa çatdı

47 ölkə qarşıdakı 4 il ərzində mümkün nüvə terrorizminə qarşı mübariz apararaq nüvə materiallarını qorumaq barədə razılığa gəliblər

ABŞ prezidenti Barak Obama deyir ki, Vaşinqtonda keçirilən nüvə sammitində 47 ölkə qarşıdakı 4 il ərzində mümkün nüvə terrorizminə qarşı mübarizə aparmaq məqsədilə nüvə materiallarını qorumaq barədə razılığa gəliblər. Dünən iki günlük zirvə görüşünün bağlanış mərasimində danışan prezident Obama toplantını böyük inkişaf və nüvə silahı olmayan dünyaya sahib olmaq səylərinin tərkib hissəsi kimi qiymətləndirib. İştirakçıların imzaladığı yekun sənəddə ölkələr terrorçu qrupların nüvə materialları, informasiya və texnologiyasına çıxış əldə etməsi imkanlarını azaltmaq üçün atacağı addımlar göstərilir. 2012-ci ildə keçiriləcək növbəti sammitə Cənubi Koreya ev sahibliyi edəcək.