Vahid Əhmədov: Sosial fonda ödəmələrdə vahid sistem tətbiq oluna bilər

Vahid Əhmədov

Milli Məclisin deputatının Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində vergi islahatlarından danışıb

Amerikanın Səsi: Son bir ildə aparılan vergi islahatları ölkədə kölgə iqtisadiyyatının azaldılmasına kömək edibmi?

Amma demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.


Vahid Əhmədov: Ümumiyyətlə Azərbaycanda kölgə iqtisadiyyatı ilə əlaqədar müxtəlif rəqəmlər səsləndirilir. Rəsmi statistika başqa rəqəm deyir. Amma bizim apardığımız analizlər başqa rəqəm göstərir. Son zamanlar aparılan vergi islahatları, hansı ki, biz 2017-ci ildə başladıq, əsas məqsəd kölgə iqtisadiyyatını müəyyən qədər azaltmaqdan ibarət idi. Yəni insanlar, sahibkarlar əmək haqlarını gizlədirdilər, əlavə vergi ödəmək istəmirdilər. Bu islahatlar həyata keçiriləndən sonra, hesab edirəm ki, kölgə iqtisadiyyatına müəyyən qədər təsirini göstərdi. Amma demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.

Your browser doesn’t support HTML5

Vahid Əhmədov: Sosial fonda ödəmələrdə vahid sistem tətbiq oluna bilər

Amerikanın Səsi: Dövlət rəsmiləri vergi islahatlarının sahibkarların vergi yükünü azaldacağını bəyan edirdi. Amma yeni islahatlar sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsini daraltdı və nəticədə, əksinə vergi yükünü artırdı. Buna münasibətiniz necədir?

Vahid Əhmədov: Vergi islahatlarının keçirilməsində bir neçə məqsəd var idi. Əsas məqsəd ondan ibarət idi ki, vergidən yayınmalarla bağlı məsələlər aradan qaldırılsın. Yəni, siz bilirsiniz ki, əmək haqqından vergilər şox yüksək olduğu üçün insanlar, yəni sahibkarlar vergini gizlədirdilər. İşləyən insanların sayını da gizlədirdilər. Az əmək haqqı yazırdılar ki, az vergi ödəsinlər. Amma indi müəyyən bir hədd müəyyən edildi. O həddə uyğun olaraq vergi sistemində dəyişikliklər əldə edildi. Mən deməzdim ki, vergi sistemində dəyişikliklər ediləndən sonra sahibkarların müıyyən qədər yükü artdı. Elə deyil. Amma müəyyən müsbət nəticələri oldu. Çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil oldu. Müəyyən qədər də gizli iqtisadiyyatın qarşısı alındı.

Amerikanın Səsi: Son bir neçə ayda minimum əmək haqlarının artırılması fərdi sahibkarların sosial fonda ödmələrini də artırıb. Belə ki, fiziki şəxslərin sosial fonda ödəmələri il ərzində 26 manatdan 50 manata qalxıb, 2020-ci ilin yanvarından isə 65 manat olacaq. Göründüyü kimi sahibkarların gəlirləri artmadığı halda sosial fonda ödəmələri və digər vergi öhdəlikəri artır? Sizcə minimum əmək haqqının artırılmasının sosial fonda ödəmələrə təsir etməməsi üçün vahid bir rəqəm götürmək mümkündürmü?

Təkliflər vermişik ki, ümumiyyətlə vahid bir sistem müəyyən edilsin. Sahibkarlar vahid sistemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artıqca ödəmələr artmamalıdır.

Vahid Əhmədov: Ümumiyyətlə, bu məsələ müzakirə olunur. Əvvəl də müzakirə olunub. Çünki minimum əmək haqqı artırılanda tarif cədvəlində bütün işə gedənlərə, o cümlədən sahibkarlara çox ciddi təsiri olur. Yəni ödəmələrdə artımlar baş verir. Sizin qeyd etdiyiniz kimi, o artımlar hiss olunur. Ona görə də biz də belə bir təkliflər vermişik ki, ümumiyyətlə vahid bir sistem müəyyən edilsin. Vahid bir ödəmə sistemi müəyyən olunsun. Sahibkarlar vahid sistemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artdıqca ödəmələr artmamalıdır. İnsanlar elə bir ödəmə apara bilsinlər ki, minimum əmək haqqından ciddi surətdə asılı olmasın. Minimum əmək haqqının artırılması ondan ötrüdür ki, tarif cədvəli ilə maaş alan insanların müəyyən qədər yaşayış şəraiti yaxşılaşsın. Amma sizin verdiyiniz suala uyğun olaraq vahid ödəmə sistemi tətbiq oluna bilər.