Vahid Məhərrəmli: Ərzaq təhlükəsizliyinin təminatı üçün nə qədər ərzaq tələb olunur adambaşına o norma müəyyən edilməlidir

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Amerikanın Səsinə müsahibəsində kənd təsərrüfatı sahəsində problemlər, ərzaq təhlükəsizliyinin təminatı barədə danışıb.

Your browser doesn’t support HTML5

Vahid Məhərrəmli: Ərzaq təhlükəsizliyinin təminatı üçün nə qədər ərzaq tələb olunur adambaşına o norma müəyyən edilməlidir


Amerikanın Səsi: Kənd təsərrüfatı ilə məşğul olan rəsmilər bu il ölkədə bitkiçilik sahəsində məhsuldarlığın 5 faizdən çox artdığını bildirir. Sizcə bu reallığı əks etdirirmi?

Ölkədə kənd təsərrüfatı məhsulu idxalı ciddi şəkildə artıb.

Vahid Məhərrəmli: Əvvala deyim ki, çox təəssüflər olsun ki, son zamanlar kənd təsərrüfatı ilə bağlı statistik məlumatların dəqiq əldə edilməsi müşkül bir hala çevrilib. Dövlət statistika komitəsində əvvəllər əgər hər rübdə 6 aydan bir ilin yekununda kənd təsərrüfatında istehsalla bağlı göstəricilər əldə etmək mümkün olurdusa, indi digər sahələrdən fərqli olaraq kənd təsərrüfatı ilə bağlı statistik məlumatlar açıqlanmır. Onu deyim ki, ölkə başçısı bir neçə gün bundan qabaq AZTV kanalına müsahibə verdi. Orada elan etdi ki, kənd təsərrüfatında artım 5,6 faizdir. Digər mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bitkiçilikdə artım 8.9 faiz göstərilir. Onu deyim ki, İlham Əliyev həmin çıxışında qeyd edir ki, pandemiyaya qədər 3- 3,5 faiz olmuşdusa kənd təsərrüfatında artım, indi 5,6 faizdir. Onu da qeyd edim ki, pandemiyaya qədər 2019-cu ildə kənd təsərrüfatında artım bundan 2,3 dəfə çox .Yəni 13 faiz göstərmişdilər. Bitkiçilikdə artımı isə 25,6 faiz göstərmişdilər. Yəni, bu da ondan xəbər verir ki, hətta hakimiyyət dairələrinin səsləndirdiyi rəqəmlər belə ziddiyyətlidir. Ümumiyyətlə, təcrübə də onu göstərir ki, rəqəm dəqiq olmayanda unudulur. Həmin rəqəmlər digər vaxtlarda səsləndirəndə yalnış olur. Mən hesab edirəm ki, o reallığı əks etdirmir. Ölkədə kənd təsərrüfatı məhsulu idxalı ciddi şəkildə artıb. Təssəvvür edin.Yeyinti məhsulları idxalı yarım ildə 18 faiz artıb. Bu çox böyük rəqəmdir.

Amerikanın Səsi: Kənd təsərrüfatı məhsullarının istehsalının artması idxala nə qədər təsir edib?

İstehsalla bağlı göstərilən rəqəmlər reallığı özündə əks etdirmir.

Vahid Məhərrəmli: Kənd təsərrüfatı məhsullarının istehsalının artımı eyni adda məhsulların idxalını azaltmalıdır, ixracı artırmalıdr. Əgər bizim bazarda həmin məhsullar üzrə bolluq yaranırsa, daha çox istehsal olunursa bu məhsulun bir hissəsi ixrac olunmalıdır. Amma biz son zamanlar nəyi görürük, ölkəyə meyvə-tərəvəz idxalı 11 faiz artıb.Təsəvvür edin. Eləcə də digər məhsullarla bağlı idxalımız artıb. Bizim ixracımız azalıb. Baxın, 25 faizə qədər istixana şəraitində yetişdirilən pomidorun ixracı azalıb. Bu da ondan xəbər verir ki, idxal artır. Çay idxalı ciddi artıb. İxrac azalıb. Yəni mövsümdə yığılan məhsulların idxalı artır, ixracı isə azalır. Bu da ondan xəbər verir ki, istehsalla bağlı göstərilən rəqəmlər reallığı özündə əks etdirmir.

Amerikanın Səsi: Kənd təsərrüfatı sahəsində aparılan islahatlar ölkənin ərzaq təhlükəsizliyinə təminat verə bilərmi?

Oliqarx məmur üçün torpaq əraziləri ayrılır.

Vahid Məhərrəmli: Əvvəla onu deyim ki, bu islahatın nədən ibarət olduğunu əvvəlcə dəyərləndirək. İslahat nədir? Məsələn, Azərbaycanda torpaq islahatı aparılıb 25 il bundan qabaq. Köklü dəyişkilik baş verib. Yəni əvvəllər kolxozlar, dövlət torpaqları xüsusi mülkiyyətə verildi və bu sahədə münasibətlər dəyişdi. İstehsal münasibətləri dəyişdi. Əmlak münasibətləri dəyişdi. Bu köklü islahat idi. İndi hansı islahatı aparırlar? İndi, son vaxtlar biz nəyi müşahidə edirik? İri fermer təsərrüfatları yaradırlar. Aqroparklar yaradırlar. Kəndlilərin əmlaklarını, sonra dövlət torpaqlarının mənimsənilməsini görürük böyük həcmdə. Hətta özlərinin iddia etdiyi kimi 260 min hektar yalnız aqroparkların yaradılması üçün istifadə olunub. Digər tərəfdən iri fermer təsərrüfatları da yaradılıb. Ümumilikdə 400 min hektara yaxındır. Yəni bunlar oliqarx məmurların əllərində cəmləşib. Bu nə verə bilər? Biz artıq azərbaycan tarixindən görmüşük. Yəqin Mərdəkan broyleri xatırlayırsınız. Mərdəkan broyler 3 min ton il ərzində quş əti verirdi. Hanı bu şirkətlər? Mərdəkan broyler 2008-ci ildə bağlanıb. Bu misalı nəyə görə çəkirəm? Ona görə ki, iri fermer təsərrüfatları bütün dünya təcrübəsi də göstərir ki, onlar dayanıqlı fəaliyyətlə məşğul ola bilmirlər. Onlar iri olduqları üçün idarə etmək mürəkkəbdir. Tez-gec şirkətlər dağılır. Biz hökümətə xəbərdarlıq edirik. Deyirik ki, siz kəndlilərdən bu torpaqları almayın. Ondan səmərəli istifadə edə bilməyəcəksiniz. Onu da deyim ki, Dövlət Statistika Komitəsinin məlumatına baxsanız orada da görəcəksiniz, ölkə əhalisinin ərzaq təminatında 90 faiz ailə təsərrüfatlarının roludur. Deməli, ailə təsərrüfatlarının istehsal etdikləri ərzaqla ölkə əhalisinin 90 faizi təmin olunub. Yəni, yalnız iri fermer təsərrüfatlarının payı 10 faizdir. Bunu bir daha deyirəm ki, ölkədə aparılan islahata mən islahat demərəm. Son vaxtlar görülən tədbirlər ona hesablanıb ki, oliqarx məmur üçün torpaq əraziləri ayrılır. İndi onu deyim ki, ölkə başçısının fərmanı ilə artıq onların dolayı yolla əldə etdikləri torpaqların qanunulaşdırılması üçün hazırlıq işləri görülür. Onun qanuni bazası yaradılır. Əlbəttə bu yolverilməzdir. Çalışmaq lazımdır ki, xırda və orta biznesin inkişafına nail olsun. Həmin biznes dünya ölkələrinin əhalisinin 60-70 faiz ərzaq məhsullarına olan tələbatının ödənilməsini həyata keçirək. Biz də bunu nəzərə almalıyıq.

Amerikanın Səsi: Sizcə ölkədə ərzaq təhlükəsizliyinin təminatı üçün daha hansı addımlar atılmalıdır?

Vahid Məhərrəmli: Ümumiyyətlə ərzaq təhlükəsizliyinin təminatı üçün ilk növbədə nə qədər ərzaq tələb olunur adambaşına o norma müəyyən edilməlidir. Bütün MDB ölkələrdə, bütün dünya ölkələrdə bu, müəyyən olunub. Təəssüflər olsun ki, Azərbaycanda bu haqda hələ qərar qəbul edilməyib. Digər tərəfdən Azərbaycanda adambaşına illik norma müəyyən edildikdən sonra ola bilsin dövlət proqramı qəbul olunsun və orada konkret hansı tədbirlər həyata keçirmək lazımdır ki, məqsədə nail olunsun. Əlbəttə çalışmaq lazımdır ki, kəndlilərin, fermerlərin gündəlik üzləşdikləri problemi həll etsinlər. Su problemi uzun müddət çox ciddi problem olaraq qalır. Bizim kəndlilərin, fermerlərin, kənd təsərrüfatı məhsulların istehsalında istədikləri məhsuldarlığı əldə edə bilmirlər. Məhsulun keyfiyyətini yaxşılaşdıra bilmirlər. Aqrotexniki qaydalara əməl edə bilmirlər. Bu problem öz həllini tapmasa Azərbaycanda ərzaq təhlükəsizliyini təmin eləmək mümkün olmayacaq.