Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Koranavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejiminin kənd təsərrufatına təsirləri varmı?
Vahid Məhərrəmli: Əlbəttə, pandemiya demək olar ki, kənd təsərrüfatında əkin, səpin işlərinin aparıldığı dövrə təsadüf edir. Öz növbəsində, bir sıra problemlər yaratdı. Biz bu haqda höküməti də məlumatlandırmışdıq ki, aprel ayının əvvəllərində, kənd təsərrüfatı mövsümü başlayanda 65 yaşından yuxarı olan sahibkarlar, fermerlər, kəndlilər işə çıxa bilmirdilər. Onların işə çıxması ilə bağlı məhdudiyyətlər var idi. Məhdudiyyətlər tətbiq edildiyindən fermerlər və kəndlilər digər kəndlərdən gələn fəhlələrin demək olar ki, istifadə edə bilmirdilər. Bu, bir probləm yaratmışdı. Azərbaycanda belə bir adətdir ki bir kəndin fəhləsi öz kəndində işləmir. O utanır və ona görə də onlar əsasən digər kəndlərə üz tuturlar. Biz gördük ki, bir kənddən olan insan digər kəndə gedib işləməsinin qarşısı alındı. Onları maşından düşürdülər, sürücüləri cərimələdilər. Biz bu haqda dəfələrlə mətbuatda məlumatlar verdik ki, təcili olaraq hökümət bir qərar qəbul etməlidir. Əks halda, biz görəcəyik ki işlər vaxtında optimal müddətdə aparılmayacaq. Əkin-səpin işinin də müəyyən optimal müddəti var. Əgər gecikdirilərsə əlbəttə bu məhsuldralığa ciddi təsir edər. Çox ciddi problemlər indi də var. Bu günlərdə kənd yerlərində apteklərdə maska, spirt tapılmır və çox təəssüf olsun ki, bu məsələ öz həllini tapmır. Kəndlərdə nəzarət şəhərə baxanda demək olar ki, zəifdir. Yəni, bu da onu deməyə əsas verir ki, hər halda bu iş yaxşı təşkil olunmamışdı. Biz məlumatlar alırdıq ki, kənddə əhalinin bir hissəsi işə getməyə qorxurdu, bir hissəsi isə ümumiyyətlə əhəmiyyət vermirdi. Deməli kənddə maarifləndirmə işi də aparılmayıb. Bütün gücləri vermişdilər şəhərə, ancaq kəddə bu işlər vaxtı-vaxtında həyata keçirilmədiyi üçün bir sıra probləmlər yaradıb.
Amerikanın Səsi: Bir sıra beynəlxalq araşdırma mərkəzləri işçi qüvvələrinin miqrasıyasının dayandırılması və nəqliyyat daşımalarının azalması səbəbindən dünyanın bır sıra ölkələrində ərzaq qıtlığının olacağını proqnozlaşdırır? Bele olarsa, Azərbaycan özünü ərzaqla təmin edə biləcəkmi?
Azərbaycan ən çox çörək istehsal edən ölkədir. Bu ölkədə təəssüflər olsun ki, ərzaq buğdasına olan tələbatın 70 faizi idxalın hesabında ödənilir.
Vahid Məhərrəmli: Azərbaycan təəssüflər olsun ki, özünü ərzaq məhsulları ilə təmin edə bilmir. Yeganə tərəvəzə olan təminat ödənir, ancaq digər əsas kınd təsərrüfatı məhsulları var ki, - ət, süd, meyvə, bitki yağı kimi məhsullara tələbatını ödəyə bilmir. Azərbaycan ən çox çörək istehsal edən ölkədir. Bu ölkədə təəssüflər olsun ki, ərzaq buğdasına olan tələbatın 70 faizi idxalın hesabında ödənilir. Bunu bir ildə əlbəttə həyata keçirmək mümkündür. Yəni Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını daxili istehsal hesabına ödəyə bilər. Ancaq, bunun üçün xeyli işlər görmək lazımdır. Birincisi, ölkədə su çatışmazlığı var. Suvarma suyuna olan tələbat ödənilmir. Bu problem neçə illərdir həllini tapmır. İkincisi, kadr məsələsidir. Yüksək peşəkar kadrlar hazırlanmalıdır ki, onlar biizm kəndlilərə, fermerlərə məsləhət verə bilsin. Bu probləmlər var. Ona görə də hesab edirəm ki, pandemiyanın həm digər ölkələrə böyük ciddi təsiri olacaq, həm də Azərbaycanın ərzaq məhsullarına olan təlabatının ödənilməsində problem yaradacaq. Artıq Rusiya 7 milyon ton taxıl ixracına məhdudiyyət qoyub. Bu o deməkdir ki Azərbaycan əvvəlki həcmdə Rusiyadan taxıl idxal edə bilməyəcək. Və əvvəlki qiymətə idxal edə bilməyəcək. Baha qiymətə idxal edəcək. Əhalinin əsas hissəsinin maliyyə durumu o qədər də yaxşı deyil. Alıcılıq qabiliyyəti aşağıdır. Ona görə də onların büdcəsinə təsir edəcək. Artıq ətin qiymətində də ciddi bahalaşma var. Südün, kərə yağının, bitki yağının qiymətində bahalaşma var. Artıq birinci kvartalda idxal olunan məhsulların qiymətində ciddi artım olduğunu müşahidə edirik. Bu həm də orta təbəqəni kasıblaşdıracaq. Təsəvvür edin, onlar indi ərzağa olan ehtiyacını ödəmək üçün daha çox maliyyə vəsaiti xərcləməli olacaq. Bu da pandemiyanın təsiri ilə bağlıdır. Son vaxtlar əksər ölkələrdə yaratdığı böhranla bağlıdır.
Amerikanın Səsi: Hökümətin aqrar sahəyə dəstəyini necə dəyərləndirərdiniz?
Vahid Məhərrəmli: Hökümət son vaxtlar çalışır ki, kənd təsərrüfatına müəyyən yardımlar etsin. Ancaq biz görürük ki, o sahə ki, harada daha çox maliyyə ehtiyacı yaranıb, o sahəyə yönəlmir. İndi daha çox texnikanın alınmasına, gətirilməsinə yönəlib. Təsəvvür edin 450 ədəd bahalı pambıqyığan kombayın alıblar. Hansı ki, Azərbaycanda pambığın yığılmasının ən çox halda 200 kombayn ilə öhdəsindən gəlmək mümkdür. Yəni bu sahəyə ayrılan maliyyə resursları demək olar ki, problemin həllinə yox, daha çox kimlərinsə marağına xidmət edir.
Amerikanın Səsi: Yaranmış vəziyyətdə aqrar sahənin inkişafı və kəndlərdə yaşayan insanların sosial durumunun yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır?
İlk növbədə əkinçilərin istifadə etdiyi suvarma suyuna olan tələbat 100 faiz ödənilməlidir və buna bizim potensialımız, resursumuz var. İkincisi kadr hazırlığıdır ki, bu çox ciddi məsələdir.
Vahid Məhərrəmli: Kənd təsərrüfatında çox ciddi probləmlər var. Bu probləmlər qısa müddətdə aradan qaldırılmalıdır. Bu problemlər nədir? Bu problemlər ilk növbədə əkinçilərin istifadə etdiyi suvarma suyuna olan tələbat 100 faiz ödənilməlidir və buna bizim potensialımız, resursumuz var. İkincisi kadr hazırlığıdır ki, bu çox ciddi məsələdir. İxtisaslaşmış kadrı bir ilə, iki ilə hazırlamaq mümkün deyil. Bu gündən başlamasalar, gələcəkdə bizim ciddi problemlərimiz olacaq. Yüksək peşəkar arqanomlar hazırlanmalıdır. Zootexniklər, baytar həkimləri hazırlanmalıdır ki, onlar bizim fermerlərə, kəndlilərə dəstək versin, onları maarifləndirsin, məsləhət versin. Və belə olan halda bu sahə inkişaf edəcək. Hesab edirəm ki, ən azı bu problemlər qısa müddətdə öz həllini tapmasa Azərbaycan daha da çətin durumlar da olacaq.