Üzeyir Novruzov: “Kəndimizin hekayəsini səhnəyə gətirmək istəyirəm” [Müsahibə]

America's Got Talent şousunun azərbaycanlı Çarli Çaplini fotolarda

ABŞ-ı heyran qoyan azərbaycanlı “Çarli Çaplin” Amerikanın Səsinə danışdı

Amerikanın məşhur America's Got Talent şousunda performansı ilə münsiflər heyətini və tamaşaçıları ayağa qaldıran azərbaycanlı “Çarli Çaplin” Üzeyir Novruzov növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Amerikanın Səsi ABŞ-ın Las Veqas şəhərində yaşayan Üzeyir bəylə radio müsahibə aparıb. 20 ilə yaxındır dünyanın məşhur sirklərində çalışdığını bildirən azərbaycanlı “Çarli Çaplin” münsiflər heyətinin belə reaksiyasını gözləmədiyini vurğulayıb. Müsahibə zamanı həyat və yaradıcılığından danışan Üzeyir Novruzov hazırda America's Got Talent şousunun Nyu-Yorkda keçiriləcək növbəti mərhələsi üçün yeni nömrə hazırladığını bildirib. Müsahibəni təqdim edirik:

Your browser doesn’t support HTML5

ABŞ-ı heyran qoyan azərbaycanlı “Çarli Çaplin”in Amerikanın Səsinə radio müsahibəsi

Emil Quliyev: Üzeyir bəy, cəmi 5 dəqiqəlik şou ilə nəinki Azərbaycanda, hətta belə deyək Amerikada bu qədər populyarlıq qazanmısınız. Necə oldu ki, “Americas Got Talent” şousuna qatılmaq qərarına gəldiniz?

Üzeyir Novruzov: Sözün düzü bu çıxış mənim üçün böyük sürpriz oldu. Çox şadam. Las Veqasda yaşayıram. Burada görüb, dəvət ediblər. Onlar əvvəlcə seçim keçirmişdilər. Mən onu qaçırtmışdım. Bir həftə sonra dostlarım dedilər ki, burada seçimlər var idi. Sonra mən videolarımın linklərini onlara göndərdim. Vəssalam. Xoşlarına gəldi və dəvət etdilər.

Emil Quliyev: Sizi özləri dəvət etdi ?

Üzeyir Novruzov: Yazmışdım ki, bilirəm ki, seçimlər bitib, amma gec deyilsə, marağınız varsa, sizin şouya mənim də marağım var. Onlar da cavab yazdı ki, bizim üçün də çox maraqlıdır, gəl qatıl.

Emil Quliyev: Şou bir neçə gün öncə yayımlanıb. Bəs sizin danışdığınız hadisələr nə zaman baş verib? Şoudan bir neçə gün əvvəl, yoxsa xeyli vaxt əvvəl?

Üzeyir Novruzov: Bu şou əvvəlcədən çəkilmiş video-lentdir. İki ay bundan əvvəl Hollivudda çəkilib, amma efirə təzə çıxıb. Bir-iki aya ikinci raund olacaq.

Emil Quliyev: Siz bir çox səhnələrə çıxmısınız. Bu barədə bir qədər sonra danışacağıq. Maraqlıdır ki, bu şounun səhnəsi digərlərindən nə ilə fərqlənirdi?

Ayrı sirklərdə gözləyərdim, çünki bilirəm ki, gülməli hərəkət edəndə camaat reaksiya verir. Amma belə peşəkar, çoxgörmüş münsiflər heyətinin belə reaksiya verməsinə mən də məəttəl qaldım. Özü də nömrəmi qurtarmamış ayaq üstə durub məni alqışlamalarına çox sevindim.

Üzeyir Novruzov: Əlbəttə ki, çox stress oldum. Çünki, qarşıda yalnız tamaşaçılar deyil, həm də münsiflər heyəti var, sənə qiymət verir. Ona görə çox həyacan hissi keçirdim. Amma uzun zamandır bu işlə məşğul olduğum üçün səhnə təcrübəm var və özümü çox itirmədim.

Emil Quliyev: Belə bir rəğbətlə qarşılanacağınızı gözləyirdinizmi?


Üzeyir Novruzov: Sözün düzü, yox. Ayrı sirklərdə gözləyərdim, çünki bilirəm ki, gülməli hərəkət edəndə camaat reaksiya verir. Amma belə peşəkar, çoxgörmüş münsiflər heyətinin belə reaksiya verməsinə mən də məəttəl qaldım. Özü də nömrəmi qurtarmamış ayaq üstə durub məni alqışlamalarına çox sevindim.

Emil Quliyev: Bəs növbəti mərhələlər nə zaman olacaq? Hansı şouları göstərməyi planlaşdırırsınız? Qalib olacağınıza inanırsınızmı?


Üzeyir Novruzov: Hələlik çox qabağa qaçmaq istəmirəm. Əvvəlcə ikinci raundda qalib gəlməliyəm. İstəyim budur ki, canlı proqrama düşəm. Bu şou Nyu-Yorkda ən böyük səhnələrdən birində “Radio City Music Hall”-da olacaq. Bura düşmək üçün orta raund adlanan ikinci mərhələdən də keçməliyəm. Oradan keçsəm artıq canlı şouya gedəcəm və orada artıq televiziya tamaşaçılarının səsi əsas olacaq. Kim çox səs yığdı, o da udacaq.

Emil Quliyev: Bir qədər də özünüz haqda danışaq. Uşaqlığınız harada keçib, sirk sənətinə marağınız haradan yaranıb? Ümumiyyətlə, bunu peşəkarcasına nə zamandan ifa etməyə başlamısınız?


Üzeyir Novruzov: 1987-88-ci illərdə Sovet İttifaqı dövrü ailəmiz Azərbaycandan Rusiyaya köçüb. Krasnodar şəhərində böyümüşəm. Daha sonra Moskva Sirk Peşə Məktəbində peşəkar sirk təhsili almışam. Bu, heç də mənim uşaqlıq arzum olmayıb. Bu, atamın arzusu idi. O, istiyirdi ki, uşaqları böyüyüb artist və ya idmançı olsun. Özü bizi sirkə gətirmişdi. Moskvaya sirk məktəbində oxumağa da qardaşımla məni atam gətirmişdi. Bundan sonra xeyli sirklərdə çalışmışam. Moskvada məşhur sirklərdə işləmişəm və beynəlxalq prodüserlər Amerikaya çağırıblar. Eləcə də, Avropada, Yaponiyada çox sirklərdə fəaliyyət göstərmişəm.

10 ildən çox idi qastrol səfərlərində idim. Amerikada, Kanadada tez-tez şəhərləri, ştatları dəyişirdik. İlk dəfə məni New Yorkdakı Big Apple - Böyük Alma Sirkinə çağırıblar. O sirkdən sonra başqa məşhur sirklər məni tanımağa başladı və buradakı böyük Cirque Du Soleil - Günəş Sirki seçimlərə çağırdı. Seçimlərdən sonra son 10 ildə onlarla çalışırdım. Bir il bundan əvvəl qastroldan qurtardım və Las Veqasa köçdüm.

Emil Quliyev: Amerikaya nə zaman köçmüsünüz. Hazırda nə işlə məşğulsunuz?


Üzeyir Novruzov: Son bir ildə daimi yerimi tapmışam. 10 ildən çox idi qastrol səfərlərində idim. Amerikada, Kanadada tez-tez şəhərləri, ştatları dəyişirdik. İlk dəfə məni New Yorkdakı Big Apple - Böyük Alma Sirkinə çağırıblar. O sirkdən sonra başqa məşhur sirklər məni tanımağa başladı və buradakı böyük Cirque Du Soleil - Günəş Sirki seçimlərə çağırdı. Seçimlərdən sonra son 10 ildə onlarla çalışırdım. Bir il bundan əvvəl qastroldan qurtardım və Las Veqasa köçdüm.

Emil Quliyev: Bəs orada hazırda nə işlə məşğulsunuz?

Üzeyir Novruzov: 10 ildən çox fasiləsiz işlədiyim üçün yarım ildən çox dincəldim. Las Veqas əyləncə çox olan şəhərdi, agentliklər çoxdur. Arada xüsusi tədbirlərə, bayramlara dəvət edirlər. Əvvəlki kimi çox özümü işə həsr etmirəm, çünki indi daha çox məşq etməyə, təzə nömrə hazırlamağa çalışıram.

Emil Quliyev: Məşq üçün hansısa studiyanız varmı?


Üzeyir Novruzov: Bəli, bir də deyil, 2-3 dənədir. Gələcəkdə öz şoumu yaratmaq istəyirəm. Azərbaycan tərəfə də qastrola gedə bilərəm. Bəlkə mövzum da Azərbaycan stilində getdi. Musiqidən, bir də milli paltarlardan xoşum gəlir. İstəyirəm kəndimizin hekayəsini səhnəyə gətirim.

Emil Quliyev: Hazırda Azərbaycanda ailə üzvləriniz varmı və sonuncu dəfə nə zaman Azərbaycanda olmusunuz?


Üzeyir Novruzov: Əlbəttə ki, bütün qohumlarımız Azərbaycanda yaşayır. Dayım, xalam Bakıdadır, anam Gəncədə yaşayır. Atam rəhmətə gedib, Gəncədə dəfn etmişik. Sonuncu dəfə Azərbaycana 2012-ci ildə getmişəm. Avropa turunda idik və bir il yarımlıq Braziliyaya keçməli idik. Arada bir aylıq vaxt var idi, getdim anamı, qohumlarımı gördüm. Ailəmi - yoldaşımı və iki övladımı da özümlə aparmışdım.

Emil Quliyev: Sonda gələcək planlarınızdan danışaq. Gələcək planlarınız nədən ibarətdir?


Üzeyir Novruzov: Dediyim kimi öz şoumun olmasını istəyərdim. Las Veqasda şoular çox olduğundan burada onu qurmaq çətin olar. Rəqabət çox güclüdür. Ona görə də Amerikada düzəldə bilsəm, düzəldəcəm. Olmasa yəqin Avropa tərəfə köçərəm və ya Azərbaycanın özü də ola bilər.