Sincan insidentinə görə islamçı terroristlər günahlandırılır

Çin dünən 16 adamın ölümü ilə nəticələnən Sincan insidentinə görə islamçı terroristləri günahlandırır. Ölənlər arasında 2 polis işçisi var.

Sinxua xəbər agentliyi hadisə ilə bağlı 6 nəfərin nəzarət altına alındığını bildirir.

Uyğurların məskunlaşdığı bu bölgənin rəsmiləri polisin silahlı şəxslər tərəfindən hücuma məruz qaldığını bildirib.

Polis Qaşqar şəhəri yaxınlığında cinayətkarlıqda şübhələnilənləri həbs edərkən hücuma məruz qalıb.