Üsyançılar Suriyanın cənubunda yerləşən strateji əhəmiyyətli ərazi uğrunda İŞİD-ə qarşı döyüşür

Üsyançı liderlər və ABŞ rəsmilərinin Amerikanın Səsinə verdiyi məlumata görə, ABŞ-la koordinasiya edən üsyançılardan ibarət koalisiya nəzarət etdiyi iki ərazini birləşdirmək üçün Suriyanın cənubunda İŞİD-ə qarşı döyüşür.

Əraziləri ələ keçirmək üsyançılara Rəqqa və Mosuldan qaçan İŞİD döyüşçülərini mühasirəyə almağa, gəlirli fosfat mədənlərin nəzarətini ələ keçirməyə və mümkündür Dəməşqə təzyiq göstərməyə imkan yaradacaq.

Məqsəd Suriya, İŞİD və İran tərəfdarı qüvvələr tərəfindən mühasirə edilmiş Əl-Qamunda yerləşən strateji əhəmiyyətli nöqtəni ələ keçirməkdir. Üsyançılar cənub-qərbdə İordaniya sərhədinə qədər uzanan səhraya nəzarət edir. Ona görə də, bu əraziyi ələ keçirmək İŞİD-in mühasirəsinə son qoymağa yardım edəcək.

Suriya

Təchizat marşrutunun açılması

Şəhid Əhmə Əl-Əbdonun Qüvvələri adlı suriyalı üsyançı batalyonunun sözçüsü podpolkovnik Ömər Semren Amerikanın Səsinə bildirib ki, onun qüvvələri ilə Azad Suriya Ordusunun digər qrupları yaxın zamanda onları ABŞ-ın dəstəklədiyi üsyançılarla birləşdirəcək təchizat marşrutunu açacaqlar.

“Biz ərazini İŞİD-dən təmizləyəcəyik və İŞİD, Bəşər Əsəd və İran yarı-hərbi dəstələrinin bizə qarşı tətbiq etdikləri mühasirəni aradan qaldıracağıq” deyə o bildirib.

İŞİD üsyançıların ələ keçirmək istədikləri dağlıq dəhlizə çıxışı blok edib və ondan şimalda yerləşən ölkənin ən böyük fosfat mədənlərinə nəzarət edir.

Suriyalı təhlilçi Yusif Sadaki deyir ki, həmin ərazinin gəlirli təbii ehtiyatları çox mühümdür və Əsəd rejimi həmin regiona üsyançılar əvəzinə İŞİD-in nəzarət etməsinə üstünlük verir.

“İŞİD fosfat mədənləri qoruyur, Suriya höküməti isə fospaft çıxarmaları üçün Rusiya və İranla razılıq əldə edib”, Sadaki deyir. “Rejim mədənlərin İŞİD kimi zəif təşkilatın əlində olmasına üstünlük verir nəinki Qərbin dəstəklədiyi mötədil üsyançıların. Mühasirənin ortadan qaldırılması ərazidə Əsəd və İŞİD əleyhinə trendə təkan verəcək.”

Rejim mədənlərin İŞİD kimi zəif təşkilatın əlində olmasına üstünlük verir nəinki Qərbin dəstəklədiyi mötədil üsyançıların.
Sadaki

Üsyançı quplar

Şərqi Qalmunun 600 min əhalisi var. Onların çoxu Dəməşq yaxınlığından gələn qaçqınlardır. Ərazidəki ən böyük üsynaçı qruplar Şəhid Əhməd Əl-Əbdunun Qüvvələri, Caiş Əl-İslam, Fəylak əl-Rəhman, Əhrar Əl-Şəm və Fətah əl-Şəm kimi tanınan Əl-Qaidəyə bağlı Əl-Nusra Cəbhəsidir.

Üsyançı qrupların bəziləri Ammanda Birgə Əməliyyat Komandası adlanan amerika, iordaniya və səudiyyə ərəbistanlıların işlədiyi birgə hərbi mərkəzdən yardım alırlar ki, təchizat marşrutu vaistəsilə İrodaniyadan Əl-Qalmuna ərzaq və silah yardımı göndərilə bilsin.

“Biz bu iki region birləşdirdiyimizdə, mövqeyimiz daha möhkəm olacaq. Bizim döyüşçülərimiz, Azad Suriya Ordusunun digər qrupları ilə birlikdə İraq və İrodaniya sərhədinə qədər uzanan əraziləri İŞİD-dən təmizləyib,” deyə Semren bildirib. “Biz müttəfiqlərimizdən gələn məhdud yardımla təhlükəsiz zonalar yaradırıq,” deyə o əlavə edib.

Əl-Ədbo Qüvvələri koalisiyanın bir hissəsidir və İŞİD-in nəzarət etdiyi ərazinin hər iki tərəfindən fəaliyyət göstərir.

ABŞ-ın dəstəyi

ABŞ rəsmiləri AMerikanın SƏsinə müxtəlif dərəcələrdə üsyançılara yardım etdiklərini təsdiq ediblər.

“Cənubda Suriya Müxalifəti koalisiyanın məsləhəti, yardımı və ya dəstəi olmadan birtərəfli əməliyyatlar keçirir”, deyə Sarsılmaz Əzm Əməliyyatının bəyanatında bildilir. “Onlar vətənlərini azad etmək uğrunda İŞİD-ə qarşı birtərəfli əməliyyatlar keçirmək üçün iradə, inam və güc göstərən bacarıqlı döyüşçü qüvvədir.”