Azərbaycanda "Birliyə Doğru” təşkilat uşaqların qayğısına qalır [Audio]

Your browser doesn’t support HTML5

Zərifə Quliyeva ilə müsahibə


Birliyin təşəbbüs qrupu kimi 2003-cü ildə yarandığını bildiriən Zərifə xanım ilk əvvəl fəaliyyətlərini bayramlar, tədbirlər keçirməklə başladığını deyir. 2005-ci ildə böyük çətinliklə qeydiyyata alınan təşkilat hazırda kimsəsiz uşaqlara yardımla məşğul olur.

“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı Ictimai Birliyi uşaq evində və ailədə yaşayan əlil və kimsəsiz uşaqların qayğısına qalmaqla yanaşı, zəif sosial təbəqəyə aid olan uşaqların sosial adaptasiyasına, onların psixoloji durumuna, tibbi sağlamlağına xidmət göstərir.

Zərifə xanım uşalaqrın psixoloji, sosial, tibbi və digər reabilitasiyalarına da yardım edildiyini deyir.

Kimsəsiz uşaqlara yardım fondlarının özəl şirkətlər vasitəsi ilə maliyyələşdirildiyini bildirən Zərifə Quliyeva indiyədək 300-ə yaxın uşağın müalicə və əməliyyatlardan keçdiyini deyir.