USAİD Yardımlı rayonunda su xəttinin çəkilməsini dəstəkləyib

Yardımlı rayonun Nisəqala kəndi

Yardımlı rayonunun Nisəqala kəndində (Bakıdan 292 kilometr cənub) yeni salınmış su xətti kəndin 1200-dən çox sakininin suvarma suyuna əlçatanlığını yaxşılaşdıracaq. Su xətti ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAİD) dəstəyi ilə salınıb.

USAİD-nin məlumatına görə, icma üzvləri kənd təsərrüfatı məhsullarının istehsalını və keyfiyyətini, münbit torpaqlardan istifadəni, habelə kənd təsərrüfatı fəaliyyətlərindən gəlirlərini artıra biləcəklər.

Bu günə qədər USAID-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində 148 icma 376 000 insanın faydalana biləcəyi 170 icma əsaslı layihə həyata keçirib.

Ümumilikdə isə 1991-ci ildən USAID Azərbaycanda humanitar yardım və səhiyyə sektoruna, habelə iqtisadi və demokratik islahatlara 417 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.