Sənəd Bakı Dövlət Universitetində dəniz və enerji hüququ üzrə yeni magistr proqramının yaradılmasını nəzərdə tutur
Noyabrın 13-də Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Bakı Dövlət Universiteti (BDU) arasında 2013-2014 tədris ili üçün BDU-nun hüquq fakültəsində dəniz və enerji hüququ üzrə yeni magistr proqramının hazırlanmasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu USAİD-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin və BDU-nun rektoru Abel Məhərrəmov imzalayıblar.
Memoranduma əsasən tərəflər yeni magistr proqramının hazırlanması, həyata keçirilməsi, proqram üzrə yeni fənlərin və tədris planının tərtibi, fakültə üzvləri üçün tədris planının hazırlanması və tədris metodologiyasından istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlığı bəyan ediblər. Sənədə görə, yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasına başlanılacaq. Dəniz və enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaq. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında planlaşdırılır. Başlanğıcda proqramın tədris dili ingilis dili olacaq.
Növbəti 8 ay ərzində BDU-ya texniki dəstək üçün USAİD-in partnyoru Amerika Hüquqşünaslar Assosiasiyası (ABA) qrant ayıracaq. Yeni proqramın hazırlanması üçün ABA və BDU Amerikanın Tuleyn (Tulane) Universitetinin hüquq fakültəsi ilə əməkdaşlıq edəcəklər.
İmzalanma mərasimində Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak edib.
“Bu, ABŞ hökuməti ilə Azərbaycan hökumətinin hüquq təhsilinin inkişafı, hüquq peşəkarlığının gücləndirilməsi və nəticədə hüququn aliliyinin genişlənməsi sahəsində növbəti birgə əməkdaşlığıdır”, - səfir qeyd edib.
BDU-nun rektoru Abel Məhərrəmov isə deyib ki, birgə əməkdaşlıq çərçivəsində BDU- da yeni və güclü dəniz və enerji hüququ üzrə magistr qurulacaq. “Bu, ikitərəfli əlaqələrimizin inkişafına yeni dinamika verəcək”, - rektor bildirib.