ABŞ səfirliyi: Azərbaycan xalqını təbrik edirik

ABŞ səfirliyinin təbriki

ABŞ-ın Azərbycandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

ABŞ-ım müstəqillik günü təbriki

Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir. Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə etmişdir və biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit

Azərbaycanın müstəqilliyini əks etdirən ilk poçt markası

​gələcəklərini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq olaraq qalır.

Əsrin dörddə biri qədər mövcüd olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar”, bəyanatda qeyd edilir.