Erik Holder deyib ki, Birləşmiş Ştatlar sənədləri açıqlayanların məsuliyyətə cəlb olunması üçün hər şeyi edəcək
ABŞ-ın Baş prokuroru Erik Holder WikiLeaks saytında minlərlə məxfi sənədin açıqlanmasını qınayaraq deyib ki, milli təhlükəsizlik maraqları və Amerika xalqı risk qarşısında qoyulur. Bu gün Vaşinqtonda danışan Holder deyib ki, o, sənədlərin açıqlanmasına cavab olaraq ciddi addımların atılmasına dair göstərişlər verib. Baş prokuror deyib ki, Birləşmiş Ştatlar sənədləri açıqlayan şəxslərin məsuliyyətə cəlb olunması və Amerika xalqına zərəri minimum salmaq üçün hər bir şeyi edəcək.