Birləşmiş Ştatlarda yeni iş yerləri gözləndiyindən daha çox olub [Video]

Your browser doesn’t support HTML5

ABŞ-da yeni iş yerləri açılmaqdadır

Hökumətin qismən bağlanmasına baxmayaraq, Əmək Departamenti oktyabr ayında ABŞ-da 204 min yeni iş yerinin açıldığını, əvvəllərlə müqayisədə avqust və sentyabr aylarında vəziyyətin daha yaxşı olduğunu bildirib.

Keçən ay İqtisadçıların 125 min iş yerinin açılacağına dair təxminlərindən daha iş yeri açılıb. Lakin Amerikanın Səsi ilə Skype vasitəsi ilə danışan Bankrate.com.-dan Mark Hamrik rəqəmlərin reallığı əks etdirmədiyini deyir. “Son hesabat gözləndiyindən daha yaxşıdır. Lakin burada digər faktorlar da var. Əsl inkişafı təqsdiq etmək üçün digər məlumat bazalarını yoxlamalıyıq. “

Yeni iş yerlərinin açılmasına baxmayaraq, işsizlik yüksək olaraq qalır. İşsizliyin səviyyəsi 7.2 faizdən 7.3 faizə qalxıb ki, yəqin bu, hökumətin bağlanması ilə əlaqədardır.

Birləşmiş Ştatlar prezidenti Barak Obama hökumətin 16 gün davam edən bağlanmasının iqtisadiyyata təsiri olduğunu deyib. “Bunun heç bir mənası olmadı. Özümüzə ziyan vuracaq belə bir hadisə baş verməməli idi. Biz hər bir neçə aydan bir özümüzü incitməməliyik. Biz yollar axtarmalıyıq, biz qurmalıyıq, sökməməliyik.”

İstehsal və inşaat sahəsində irəliləyişlər olmasına baxmayaraq, Mark Hamrik ticarət sektorunda yeni işçilərin əsasən aşağı maaşlı işlər olduğunu deyir. “Biz istədiyimiz yerdə iş tapmaq istəyirik, eyni zamanda biz yüksək səviyyəli iş istəyirik. Hesabatda bu factor əksini tapmayıb.

Wall Street yeni iş yerlərinin açılmasını alqışlasa da, investorların bəzisi bunun mərkəzi bankın aşağı faiz siyasəti ilə əlaqələndirir. Hamrikin dediyinə görə, bu doöru deyil. Ən böyük sual istehlakçıların açılmış iş yerlərini davamlı saxlayıb-saxlamaycağındadır. Belə ki, gəlirli bayram alış-veriş mövsümü yaxınlaşmaqdadır.