ABŞ hərbi qüvvələri Ukrayna ordusuna təlimlər keçməyə başlayıb [Video]

Your browser doesn’t support HTML5

Amerika və Ukrayna zabitləri Polşa ilə sərhəd yaxınlığındakı Yavoriv hərbi bazasında görüşərək, təlimlər barədə müzakirələr aparır.

Amerikanın hərbi desant qüvvələri təlimlərə başlanmaq barədə əmri gözləyərkən, bazanın yaxınlığında şəkil çəkdirməklə məşğuldur. Bu bazada olan Ukrayna hərbiçilərindən çoxu artıq ölkənin şərqində gedən döyüşlərdə iştirak etsə də, Rusiyanın dəstəklədiyi üsyançılara qarşı döyüşləri davam etdirmək üçün onlar hələ də fundamental hərbi biliklərə yiyələməlidirlər.

Birləşmiş Ştatlar səfiri ilə yanaşı duran Ukrayna prezidenti Petro Poroşenko deyir ki, Britaniya, Kanada və Polşa da təlimlərə yardım edəcək. Onun sözlərinə görə, bu əməkdaşlıq, Qərbin Ukraynanı dəstəkləməsinə işarədir. “Mən sizi əmin edirəm ki, biz bu əməkdaşlığı az bir müddət ərzində genişləndirmək üçün əlimizdən gələni edirik. Biz öz tərəfimizdən əlimizdən gələni edirik və mən əminəm ki, səfir də əməkdaşlıq sahəsində bacardığını edəcək.”

Bu təlimlər Ukraynanın şərqindəki beynəlxalq müşahidəçilərin atəşkəs razılığının pozulmasının davam etdiyi barədə xəbərlər verdiyi vaxta təsadüf edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov üsyançıların bəzi hücumlar həyata keçirərək, razılığı pozduqlarını boynuna alsa da, əsas pozuntuların Ukrayna tərəfindən olduğunu deyib.

Təlim bazası ön cəbhədən 1200 km uzaqdadır. Lakin Birləşmiş Ştatlar ordusunun mayoru Maykl Veysman deyir ki, hərbçilərin nəzərində bu məsafə daha yaxındır. “Bizim burada, Ukraynada olmağımızı Ukrayna hökuməti istəyib, lakin mənim fikrimcə bu, Birləşmiş Ştatların Ukraynanın azad və müstəqil olması arzusu barədəki mesajıdır.”

Bu təlimlərin simvolizmi aşkar görünür. Eyni zamanda zabitlər deyirlər ki, bu təlimlərin Ukrayna əsgərləri üçün həm praktiki həm də mənəvi baxımdan real təsirləri olacaq.