Çərşənbə günü ABŞ-ın Ukraynaya davamlı dəstəyi ilə bağlı çıxış edən prezident Co Bayden Kyivə 31 ədəd "Abrams" tankı göndərmək qərarına gəldiyini bildirib.
"Dünən Rusiyanın Ukraynaya amansız, genişmiqyaslı işğalının 11 ayı tamam oldu 11 və bu 11 ay ərzində Ukrayna xalqı Putinə və dünyaya azad olmaq yolundakı cəsarətini və sarsılmaz əzmini nümayiş etdirdi" - deyə, Co Bayden bildirib.
"Bu dəhşətli müharibənin hər addımında Amerika xalqı möhkəm və sarsılmaz dəstək verdi. Konqresdəki Demokratlar və Respublikaçılar birlikdə qərar verib" Ağ Evin rəhbəri vurğulayıb.
"Birləşmiş Ştatlar dünya boyu müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukrayna xalqına öz ölkələrini və ailələrini Rusiyanın qəddar təcavüzündən müdafiə etmək üçün maksimum imkanları verməyə çalışıb. Çoxdandır belə bir şey görməmişdim. Bu gün ABŞ və Avropa tamamilə birləşib. Sıx koordinasiyamızı və Ukraynaya tam dəstəyimizi davam etdirmək üçün NATO müttəfiqlərimiz - Almaniya kansleri Şolz, Fransa prezidenti Makron, İtaliyanın baş naziri Meloni ilə uzun söhbətim olub. Rusiya bizim birliyimizin yaşamayacağını, birliyimizin ömürünün qısa olacağını gözləyir. Amma biz tam və sarsılmaz birliyik", prezident deyib.
O xatırladıb ki, 500-dən çoxu ABŞ-ın keçən cümə günü elan etdiyi yardım paketində olmaqla, artıq Ukraynanı yüzlərlə zirehli döyüş maşını ilə təmin edib.
"Bu gün mən ABŞ-ın Ukraynaya 31 "Abrams" tankı göndərəcəyini bəyan edirəm ki, bu, Ukrayna üçün bir batalyona bərabərdir”"- deyə, Bayden bildirib.
Prezident çıxışını Almaniyanın Ukraynaya özünün "Leopard 2" tanklarını tədarük edəcəyini açıqlamasından sonra edib.
Kyiv bu qərarı rus işğalçıları üzərində qələbə üçün son dərəcə vacib hesab edir.
Polşa, İspaniya, Finlandiya, Hollandiya və Norveç də Ukraynaya "Leopard 2" tanklarını tədarük edə biləcək.
Beləliklə, ümumilikdə Kyivə yüzlərlə tank çatdırılacaq.